8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Əl-Nəsr klubunda yeni baş məşqçi: Jorje Jesus

Səudiyyə Ərəbistanının klubu Əl-Nəsr portuqaliyalı mütəxəssis Jorje Jesus baş məşqçi təyin edildiyini rəsmi şəkildə elan edib.

15 İyul 2025 10:46
Əl-Nəsr klubunda yeni baş məşqçi: Jorje Jesus

BAKI, AzerVoice

Səudiyyə Ərəbistanının klubu Əl-Nəsr portuqaliyalı mütəxəssis Jorje Jesus baş məşqçi təyin edildiyini rəsmi şəkildə elan edib.

AzerVoice xəbər verir ki, klubun mətbuat xidməti sosial media hesablarında yayımladığı açıqlamada 69 yaşlı təcrübəli mütəxəssislə bir illik müqavilə imzalandığı bildirilib.

Jesus bu vəzifədə italiyalı məşhur mütəxəssis Stefano Piolini əvəzləyib. Əl-Nəsr 25 iyun tarixində Pioli ilə yollarını ayıraraq, ona xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Piolinin rəhbərliyi altında komanda 44 oyunda 27 qələbə qazanıb, 7 heç-heçə edib və 10 dəfə məğlub olub. Hazırda o, İtaliyanın Fiorentina klubunun baş məşqçisidir.

Portuqaliyanın ən təcrübəli məşqçilərindən sayılan Jorje Jesus futbol karyerasına 1980-ci illərdə aşağı liqalarda başlayıb. Onun parlaq yüksəlişi 2009-cu ildə Benfika klubuna keçidi ilə başladı. O, bu komandaya 3 dəfə Portuqaliya çempionluğu (2010, 2014, 2015), bir dəfə Portuqaliya Kuboku və 5 dəfə Liqa Kuboku qazandırdı. Jesusun topa sahib olmağa əsaslanan hücum futbolu Benfikanı ölkənin dominant klubuna çevirdi.

2015-ci ildə Sportinqin baş məşqçisi olan Jesus burada da uğurlar qazandı və Superkuboku əldə etdi. Daha sonra Portuqaliyadan kənarda da fəaliyyət göstərərək Səudiyyənin Əl-Hilal (2019-cu il çempionluğu) və Braziliyanın Flamenqo klublarına rəhbərlik etdi. Xüsusilə Flamenqoda 2019–2020-ci illərdə qazandığı Braziliya çempionluğu, Libertadores Kuboku və digər titullar onu Cənubi Amerikada da tanınmış məşqçiyə çevirdi.

2022-ci ildə isə Türkiyənin Fənərbaxça klubunun baş məşqçisi olan Jesus, bu komandaya Türkiyə Kubokunu qazandıraraq uğurlu mövsüm keçirdi. Ardınca yenidən Əl-Hilal klubuna qayıdan məşqçi, indi isə Ronaldunun şərəfini qoruduğu Əl-Nəsrdə yeni səhifə açır.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Portuqaliya #Fənərbaxça #Kriştiano Ronaldo

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
ArabSport

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

7 Sentyabr 10:03
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
ArabSport

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç

7 Sentyabr 08:07

Son Xəbərlər

Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib
Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib
13:51
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.