8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

“Ayntraxt Frankfurt”da məşqçilər heyətində dəyişikliklər davam edir

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Ayntraxt Frankfurt”da kadr dəyişiklikləri davam edir. Baş məşqçi Dino Topmöllerin istefasından sonra klub rəhbərliyi onun köməkçiləri ilə də yollarını ayırmaq qərarına gəlib.

20 Yanvar 2026 09:51
“Ayntraxt Frankfurt”da məşqçilər heyətində dəyişikliklər davam edir

BAKI, AzerVoice

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Ayntraxt Frankfurt”da kadr dəyişiklikləri davam edir.

AzerVoice-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Dino Topmöllerin istefasından sonra klub rəhbərliyi onun köməkçiləri ilə də yollarını ayırmaq qərarına gəlib.

Stefan Buk, Nelson da Silva Morqado və Haver Zembrodlanın qarşılıqlı razılıq əsasında vəzifələrindən ayrıldığı bildirilib. Topmöllerin məşqçilər heyətindən yalnız Yan Visser klubda qalıb.

Qeyd olunur ki, Frankfurt təmsilçisindən ayrılan məşqçilər ötən mövsüm “Ayntraxt”ın Bundesliqada üçüncü yeri tutaraq Avropa Liqasının dörddəbir finalına yüksəldiyi mövsümdə komandanın uğuruna mühüm töhfə veriblər.

Xatırladaq ki, hazırda “Ayntraxt Frankfurt”a müvəqqəti olaraq ehtiyat komandanın baş məşqçisi Dennis Şmitt rəhbərlik edir.

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ” və “Ayntraxt Frankfurt” komandaları arasında oyun yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Məqalədə: #Azərbaycan #Bakı #Tofiq Bəhramov adına Respublika Stadionu #Qarabağ FK #Ayntraxt Frankfurt #UEFA Çempionlar Liqası #Dino Topmöller #Haver Zembrodlan #Nelson da Silva Morqado #Stefan Buk

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.