11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat Biznes
Biznes

Suriya üçün ildə 2 milyard kubmetrə qədər təbii qaz ixrac edə biləcək infrastrukturu bu gün tamamlayırıq - Türkiyəli nazir

Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində deyib.

2 Avqust 2025 12:36
Baku
Suriya üçün ildə 2 milyard kubmetrə qədər təbii qaz ixrac edə biləcək infrastrukturu bu gün tamamlayırıq - Türkiyəli nazir

BAKI, AzerVoice

Suriya üçün ildə 2 milyard kubmetrə qədər təbii qaz ixrac edə biləcək infrastrukturu bu gün tamamlayırıq.

AzerVoice-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində deyib.

"Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bizə ilk göstəriş olaraq Suriyada həyatın yenidən normallaşmasını təmin edəcək addımların dərhal atılmasını tapşırdı. Biz də Enerji və Təbii Sərvətlər Nazirliyi olaraq bu ən əsas ümumbəşəri ehtiyac – elektrik təchizatı məsələsində, xüsusilə enerji infrastrukturunda nələr edə biləcəyimizi müzakirə etdik.

Nazirliyimizdən iki ayrı mütəxəssis heyəti çox qısa müddət ərzində – birincisini dekabr ayında, çevrilişin ardınca dərhal – Şama göndərdik. Heyətlərimiz işlərini tez bir zamanda tamamladılar. Qısa, orta və uzun müddətdə nələr edə bilərik, bunlara fokuslandıq və müəyyənləşdirdik.

Türkiyə olaraq artıq 2017-ci ildən bəri Afrin və İdlib kimi bölgələrin elektrik təchizatını həyata keçiririk. Hazırda elektrik enerjisini 8 ayrı nöqtədən Suriyaya ixrac edirik. İxrac gücümüzü ilk mərhələdə 25 faiz, sonrasında isə əlavə edəcəyimiz yeni bağlantı xətləri ilə iki dəfədən çox artırmağı hədəfləyirik.

İşlərimizi tamamladığımızda bağlantı gücümüz 860 meqavata çatacaq və Suriyada 1,6 milyon evin elektrik ehtiyacını ödəyə biləcəyik.

May ayının əvvəlində İstanbulda keçirilən Təbii Sərvətlər Zirvəsi çərçivəsində dəyərli qardaşım, cənab nazir Əl-Bəşir ilə görüşdük. Görüşümüzdə Suriyanın müharibədən sonrakı bərpa prosesi çərçivəsində elektrik və təbii qaz infrastrukturunun gücləndirilməsi üçün texniki dəstək və əməkdaşlıq imkanlarını müzakirə etdik.

Bundan əlavə, Türkiyə olaraq bölgədə sabitliyin möhkəmləndirilməsi və Suriya xalqının əsas enerji ehtiyaclarının qarşılanması üçün hər cür əməkdaşlığa hazır olduğumuzu ifadə etdik. Aradan bir ay belə keçmədi. May ayının sonunda biz yenidən Şama səfər etdik.

Bu səfər çərçivəsində elektrik, təbii qaz və neft kimi əsas başlıqları müzakirə etdik və görüşümüzün nəticəsi olaraq enerji, mədənçilik və karbohidrogen sahələrində Türkiyə ilə Suriya arasında anlaşma memorandumu imzaladıq. Bu razılaşma ilə ölkələrimiz arasında enerji, mədənçilik və karbohidrogen sahələrində əməkdaşlığın inkişafı üçün bir yol xəritəsi, bir çərçivə razılaşması formalaşdırdıq", - nazir bildirib.

"Bu çərçivədə Hələdəki elektrik stansiyalarının ehtiyac duyduğu təbii qazı Türkiyədən boru kəməri vasitəsilə çatdırmaq üçün vacib bir addım atdıq. Kahramanmaraşın Türkoğlu rayonundan çıxan 36 düym diametrində və təxminən 93 kilometr uzunluğundakı boru kəmərini Suriyaya doğru davam etdiririk. Bu xətt bu gün mərasimi keçirdiyimiz Türkiyə–Suriya sərhədində, Kilisin Yavuzlu kəndində yerləşən Yavuzlu Ölçmə Stansiyasına qədər gəlib çatıb.

BOTAŞ bu xəttin Suriyadakı hissəsinin infrastrukturunun hazırlanması üçün Suriya Qaz Şirkəti – SGC ilə birlikdə çalışıb və onlara hər cür texniki dəstəyi təqdim edib. Hörmətli qonaqlar, bir azdan buradan vananı çevirərək axını başladaq və Azərbaycandan gələn təbii qazı Kilis üzərindən Suriyaya ötürəcəyik. Yavuzlu Ölçmə Stansiyasında gündə 6 milyon kubmetrə qədər qazın ötürülməsi təmin olunacaq.

Təbii qaz Hələbə, oradan isə Homsa qədər çatdırılacaq. Beləliklə, oradakı elektrik stansiyaları da yaxın zamanda işə salınacaq. İlk mərhələdə Suriya üçün ildə 2 milyard kubmetrə qədər təbii qaz ixrac edə biləcək infrastrukturu bu gün etibarilə tamamlamış oluruq. Bu təbii qazla təxminən 1200 meqavatlıq elektrik stansiyaları fəaliyyət göstərəcək. Bu isə Suriyada 5 milyon evin elektrik ehtiyacını ödəyəcək və bölgədə həyatın normallaşmasına çox böyük və əhəmiyyətli töhfə verəcək.

Burada əlbəttə can Azərbaycan üçün xüsusi bir cümlə açmalıyam. Çünki kədərdə və sevincdə bir olduğumuz Azərbaycan bu layihəyə də böyük dəstək verdi. Azərbaycan dövlətinə məxsus neft və təbii qaz şirkəti (SOCAR) ilə Azərbaycandan gələn qazın Türkiyə–Suriya sərhədində çatdırılmasına dair bir "swap" (mübadilə) razılaşması imzalanıb.

Xatırlayacağınız kimi, mart ayında biz buna bənzər bir layihəni Naxçıvanda həyata keçirmişdik. Iğdır–Naxçıvan boru xətti ilə Türkiyə üzərindən fasiləsiz təbii qaz axını Naxçıvana başlamışdı. Bu gün isə hörmətli Cabbarov ilə yeni bir layihənin açılışını "iki dövlət, bir millət" şüarı ilə birlikdə həyata keçiririk.

İnşallah, bu gündən etibarən ixracına başlayacağımız Azərbaycandan gələn təbii qazla Suriyadakı elektrik stansiyalarını yanacaqla təmin etmiş olacağıq", - o əlavə edib.

Məqalədə: #Türkiyə #Azərbaycan #Alparslan Bayraktar #Suriya #təbii qaz #Suriya-Azərbaycan münasibətləri #Suriya müharibəsi sonrası bərpa #Təbii Sərvətlər Zirvəsi 2025 #Suriya-Azərbaycan təbii qaz layihəsi #Azərbaycan-Türkiyə-Suriya təbii qaz layihəsi #Suriya Azərbaycan münasibətləri

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37

Son Xəbərlər

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
20:41
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.