4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) post-prodakşn mərhələsində dəstəklədiyi “Boşluğa xütbə” filminin yerli premyerası 6 dekabr tarixində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” , “Baku Cinema Breeze” beynəlxalq kino proqramı çərçivəsində baş tutdu.

7 Dekabr 2025 15:55
“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) post-prodakşn mərhələsində dəstəklədiyi “Boşluğa xütbə” filminin yerli premyerası 6 dekabr tarixində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” , “Baku Cinema Breeze” beynəlxalq kino proqramı çərçivəsində baş tutdu.

AzerVoice xəbər verir ki, tədbirin açılışında filmin rejissoru Hilal Baydarov ekran əsərinin ideya xətti, yaradıcı konsepsiyası, çəkiliş prosesi və beynəlxalq festival təcrübəsi barədə ətraflı məlumat verdi. O, “Boşluğa xütbə” filminin Venesiya, Tokio və Qahirə kimi nüfuzlu beynəlxalq kino festivallarında nümayiş olunmasının Azərbaycan kinosunun qlobal miqyasda tanınmasına mühüm töhfə verdiyini vurğuladı. Rejissor eyni zamanda filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Kino Agentliyinə (ARKA) təşəkkürünü ifadə etdi.

Qeyd edək ki, Hilal Baydarovun müəllifi olduğu “Boşluğa xütbə” filmi daha əvvəl 82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar proqram” bölməsində, Tokio Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında və Qahirə Beynəlxalq Film Festivalında uğurla nümayiş etdirilib.

Bakıdakı premyera nümayişində filmin yaradıcı heyəti, dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq kino mütəxəssisləri, media təmsilçiləri və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Film tamaşaçılar tərəfindən böyük maraq və yüksək rəğbətlə qarşılanıb.

“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı
Məqalədə: #Azərbaycan #Mədəniyyət Nazirliyi #Venesiya #Venesiya Film Festivalı #İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025 #Hilal Baydarov rejissor #Azərbaycan Respublikasının Kino Agentliyi #82-ci Venesiya Beynəlxalq Film Festivalı #Qahirə Beynəlxalq Film Festivalı #Tokio Beynəlxalq Film Festivalı

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
20:19
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
20:13
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.