“Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) post-prodakşn mərhələsində dəstəklədiyi “Boşluğa xütbə” filminin yerli premyerası 6 dekabr tarixində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” , “Baku Cinema Breeze” beynəlxalq kino proqramı çərçivəsində baş tutdu.
"Boşluğa Xütbə" filminin premyerası olacaq
6 dekabr 2025-ci il tarixində "Boşluğa Xütbə"nin Baku Cinema Breeze nümayişləri çərçivəsində Azərbaycan premyerası olacaq. Nümayiş İMAX kinoteatrında keçiriləcək.