9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib

Dekabrın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında UNESCO-nun yubileylər proqramına daxil edilmiş Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasimi keçirilib.

16 Dekabr 2025 10:13
Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib


BAKI, AzerVoice

15 dekabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi, UNESCO yanında Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun Mənzil-qərargahında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AzerVoice xəbər verir ki, tədbir çərçivəsində Fond tərəfindən nəşr olunmuş “Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçıvani – 900” adlı kitabın rəsmi təqdimatı baş tutub, eyni zamanda dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil olunub. Kitab oxuculara 3 dildə (azərbaycan, rus, ingilis dili) təqdim olunub.

Tədbirin məqsədi Memar Əcəmi Naxçıvaninin dünya memarlıq tarixindəki müstəsna yerini, Azərbaycan memarlıq məktəbinin universal dəyərini və Türk dünyasının mədəni irsə verdiyi töhfəni beynəlxalq auditoriyaya bir daha nümayiş etdirmək olub.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirin 15 dekabr — Ümümdünya Türk Dili Ailəsi Günü ilə əlaqədar keçirildiyini qeyd edərək, bunun rəmzi əhəmiyyətini vurğulayıb. O, Əcəmi Naxçıvaninin yaradıcılığını Türk dünyasının intellektual və mənəvi irsinin parlaq təcəssümü kimi yüksək qiymətləndirib, onun memarlıq əsərlərinin yüksək texniki ustalığı, fəlsəfi dərinliyi və mədəni kimliyi özündə birləşdirdiyini bildirib. Həmçinin yubiley tədbirinin UNESCO çərçivəsində keçirilməsinin bu irsin dəyərinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyən məqam kimi qeyd edilib.

Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Elman Abdullayev, UNESCO-nun Baş direktorunun Mədəniyyət Məsələləri üzrə müavini Ernesto Ottone Ramirez, Azərbaycan Memarlar İttifaqının katibi Rasim Babakişiyev, UNESCO yanında Azərbaycan Respublikası Milli Komissiyasının nümayəndəsi Nigar Rəhimli tədbir çərçivəsində çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri, Müxtəlif ölkələrin UNESCO yanında daimi nümayəndələri, UNESCO rəsmiləri, Fransada akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, iştirak ediblər.

Tədbir təntənəli şəraitdə keçirilib, mədəni irsin qorunması və təbliği sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyib.

Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib Türk Mədəniyyəti və İrsi Fondu Parisdə, UNESCO-nun Mənzil-qərargahında Türk dünyasının görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyini qeyd edib
Məqalədə: #Azərbaycan #Fransa #UNESCO #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Paris #Əcəmi Naxçıvani #Elman Abdullayev #Azərbaycan Memarlar İttifaqı #Ernesto Ottone Ramirez #Rasim Babakişiyev #Nigar Rəhimli

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35
Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu
Mədəniyyət

Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

1 Sentyabr 15:31

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.