5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

Gənc rəssam Zeynəb Babayeva altı ildən artıqdır ki, əl işi oyuncaqlar hazırlayır və əsərlərinin əsas qəhrəmanları heyvanlardır. “İşıqlı planetin sakinləri” sərgisinin müəllifi olaraq o, parlaq rənglər və mehriban obrazlarla öz fantaziya dünyasını nümayiş etdirir. Babayeva kolleksiya üzərində təxminən iki ay işləyib və cəmi bir ay ərzində iyirmidən çox əl işi oyuncağı tamamlayıb. Rəssam vurğulayır ki, daim öyrənmək, ilham mənbəyi axtarmaq və yaradıcı təcrübələrdən qorxmamaq vacibdir. Başqalarının işlərini öyrənmək və fərqli texnikalarla tanış olmaq yeni ideyalar və inkişaf üçün əsasdır. Babayeva qeyd edir ki, yüksək keyfiyyətli materiallar zəruridir, lakin təcrübə, əzmkarlıq və öz üzərində çalışma sənətin təkmilləşdirilməsinin əsas amilləridir.

5 İyun 2026 20:25
Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

BAKI,VOA

Təxminən altı ildir ki, əl işi oyuncaqlar yaradıram. Həvəsim uşaqlıqdan bəri məni müşayiət edən heyvanlara olan dərin sevgi ilə başladı. Məhz buna görə də bu gün əsərlərimin əsas qəhrəmanları heyvanlardır, baxmayaraq ki, gələcəkdə insanların da obrazlarını yaratmağı planlaşdırıram.

VOA xəbər verir ki, bu barədə “İşıqlı planetin sakinləri” sərgisinin müəllifi Zeynəb Babayeva AZƏRTAC-ın müxbirinə bildirib.

Gənc rəssamın sözlərinə görə, kolleksiya üzərində iş təxminən iki ay çəkib. O, parlaq rənglərdən, qeyri-adi obrazlardan və mehribanlıq, istilik və müsbət emosiyalarla dolu öz fantaziya dünyasını yaratmaq istəyindən ilhamlanıb.

“Bu layihə mənim üçün xüsusi təcrübəyə çevrildi. Əvvəllər heç vaxt belə qısa müddətdə bu qədər əsər yaratmamışdım. Cəmi bir ay ərzində iyirmidən çox oyuncaq düzəltdim. Bu, mənə həm bacarıqlarımı təkmilləşdirməyə, həm də öz gücümə inanmağa kömək etdi”, - deyə o qeyd edib.

Z.Babayeva, həmçinin sənətkar olmaq istəyənlərlə məsləhətlərini də bölüşüb. Onun fikrincə, daim öyrənmək, ilham mənbəyi axtarmaq və yaradıcı təcrübələrdən qorxmamaq vacibdir.

“Digər rəssamların və sənətkarların işlərini öyrənmək, müxtəlif texnikalarla tanış olmaq və yaradıcılıq prosesini müşahidə etmək çox faydalıdır. Başqalarının necə işlədiyini görəndə, yeni ideyalar və daha da inkişaf etmək istəyi yaranır. Əlbəttə, yüksəkkeyfiyyətli materiallar zəruri olsa da, təcrübə ən vacib amil olaraq qalır. Yalnız təcrübə, əzmkarlıq və daim öz üzərində işləmək sənəti təkmilləşdirməyə və öz yaradıcı üslubunu tapmağa kömək edir”, - deyə sərginin müəllifi vurğulayıb.

Məqalədə: #sərgi #Zeynəb Babayeva #rəssam #əl işi oyuncaqlar #heyvanlara sevgi #İşıqlı planetin sakinləri #fantaziya dünyası #yaradıcılıq

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35
Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu
Mədəniyyət

Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

1 Sentyabr 15:31
Cübranın daxili dünyası və qadınlar - Ruhani ucalıq, yoxsa kompleks
Mədəniyyət

Cübranın daxili dünyası və qadınlar - Ruhani ucalıq, yoxsa kompleks

25 Avqust 20:05

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.