8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu

Paris şəhərində UNESCO-da VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dair təqdimat sessiyası keçirilib. Sessiya Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunub. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov və UNESCO rəsmisi Qustavo Merino çıxış ediblər. Bakı Prosesi və onun qlobal əhəmiyyəti xüsusi vurğulanıb. Forumun beynəlxalq dialoq platformasına çevrildiyi qeyd olunub. 2026-cı ildə Bakıda keçiriləcək növbəti Forum barədə məlumat verilib. İştirakçılar təşəbbüsə dəstək ifadə ediblər. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

17 İyun 2026 19:08
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu

BAKI,VOA

İyunun 16-da UNESCO-nun Parisdə yerləşən Baş qərargahında Mədəniyyətlərarası Dialoq üzrə VII Ümumdünya Forumuna dair məlumat sessiyası keçirilib.

VOA xəbər verir ki, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov və UNESCO-nun Sosial Siyasət və İnklüzivlik üzrə direktoru, Baş direktorun Elm sektoru üzrə müavini Qustavo Merino çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən başlayan Bakı Prosesi və bu çərçivədə 2011-ci ildən etibarən 6 dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq humanitar əməkdaşlığın nüfuzlu platformasına çevrildiyi vurğulanıb. Əsas beynəlxalq tərəfdaşlardan biri kimi UNESCO-nun bu prosesə daha fəal dəstək göstərəcəyi qeyd edilib.

Bildirilib ki, Forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyətini bir araya gətirərək dialoq, qarşılıqlı anlaşma və həmrəylik ideyalarının təşviqinə xidmət edir.
Daha sonra 2026-cı ilin 27-29 oktyabr tarixində ölkəmizdə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun prioritet istiqamətləri, forumun konsepsiyası, proqramı və gözlənilən nəticələri barədə ətraflı təqdimat edilib, broşürlar paylanılıb.

Tədbirin sonunda sual-cavab sessiyası keçirilib, üzv dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Çıxışçılar Bakı Prosesinə dəstəyini ifadə edib.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu
Məqalədə: #Azərbaycan #UNESCO #Paris #Beynəlxalq əməkdaşlıq #Fərid Cəfərov #mədəniyyətlərarası dialoq #Elman Abdullayev #Bakı Prosesi

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.