5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan və BƏƏ arasında enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalanıb

9 Yanvar 2024 14:34
Azərbaycan və BƏƏ arasında enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalanıb

Bakı. AzerPress:

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında energetika sahəsində əməkdaşlığa dair dörd sənəd imzalanıb.

“Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)”, həmçinin SOCAR və ADNOC arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb.

Anlaşma Memorandumu enerji sektorunda, xüsusilə elektrik enerjisinin ötürülməsi layihələrində investisiya əməkdaşlığı üzrə çərçivənin yaradılmasını, şəbəkənin inkişafını, texniki bilik və təcrübə mübadiləsini nəzərdə tutur. Strateji Əməkdaşlıq sənədi isə quruda 2 QVt günəş, 2 QVt külək, dənizdə 6 QVt külək enerjisi layihələri ilə yanaşı, damüstü günəş enerjisi layihələri, “yaşıl hidrogen”, “yaşıl ammonyak,” sintetik metan, dayanıqlı aviasiya yanacağı istehsalı və “yaşıl enerji”nin ixracı kimi yeni istiqamətlər üzrə əməkdaşlığı, investisiya imkanlarının öyrənilməsini əhatə edir. “Azərbaycanda quruda quraşdırılacaq 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)” 2 günəş və 1 külək enerjisi layihələrinin 2024-2027-ci illər üzrə icra tədbirlərini əks etdirir.

Məqalədə: #Azərbaycan #BƏƏ

Mövzu üzrə digər xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

4 Sentyabr 17:00
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.