4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycanın COP29-a sədrliyi iqlim fəaliyyətinə yardım etməyi hədəfləyir - Muxtar Babayev

Azərbaycanın COP29-da sədrliyi iqlimlə bağlı fəaliyyətdə irəliləyişə nail olmaq, nəinki Paris Sazişində müəyyən edilmiş məqsədlərə nail olunmasını təmin etmək, həm də onların həyata keçirilməsini sürətləndirmək məqsədi daşıyır.

13 Noyabr 2024 12:58
Azərbaycanın COP29-a sədrliyi iqlim fəaliyyətinə yardım etməyi hədəfləyir - Muxtar Babayev

Bakı, AzerVoice

Azərbaycanın COP29-da sədrliyi iqlimlə bağlı fəaliyyətdə irəliləyişə nail olmaq, nəinki Paris Sazişində müəyyən edilmiş məqsədlərə nail olunmasını təmin etmək, həm də onların həyata keçirilməsini sürətləndirmək məqsədi daşıyır.

AzerVoice xəbər verir ki, bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29 çərçivəsində keçirilən "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbirdə deyib..

Qeyd edək ki, müraciəti Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev oxuyub.

"Birlikdə, COP28, COP29 və COP30 liderləri olaraq, biz iqlim dəyişikliyinin aktual çağırışına qlobal reaksiyaya rəhbərlik etmək öhdəliyimizdə həmrəyik. COP29-un Sədrliyinin üzərinə götürmək bütün ölkələrimiz üçün həm imtiyaz, həm də əhəmiyyətli məsuliyyətdir. Vizyonumuz ambisiyalı, ədalətli və dürüstdür və qətiyyətli fəaliyyətin təcili ehtiyacına əsaslanır.

Azərbaycan 2024-cü ili "Yaşıl Dünya üçün Həmrəylik İli" elan edib ki, bu da qlobal çağırışların yalnız birgə səylər və missiyanın dəstəyi ilə aradan qaldırılmasına inamımızı əks etdirir. Həmrəylik sadəcə bəyannamə deyil, bizim üçün rəhbər prinsipdir. Azərbaycanın COP29-da sədrliyi iqlimlə bağlı fəaliyyətdə irəliləyişə nail olmaq, nəinki Paris Sazişində müəyyən edilmiş məqsədlərə nail olunmasını təmin etmək, həm də onların həyata keçirilməsini sürətləndirmək məqsədi daşıyır.", - o bildirib.

Qeyd edək ki, "Troyka" ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

4 May 19:22
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

4 May 18:03

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.