7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Hollandiyadan Türk limanlarına 3 milyon tona yaxın yük daşınıb (ÖZƏL)

17 May 2024 17:00
Hollandiyadan Türk limanlarına 3 milyon tona yaxın yük daşınıb (ÖZƏL)

Bakı. AzerVoice:

2024-cü ilin yanvar-aprel aylarında Hollandiyadan Türk limanlarına 2 milyon 951 min 540 ton yük daşınıb.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Hollandiyadan limanlara 80 min 887 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 2 milyon 782 min 33 ton yük çatdırıb.

Bu müddət ərzində Hollandiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 88 min 620 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına Hollandiyadan 329 min 434 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34 milyon 395 min 89 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından 6 milyon 77 min 466 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min 186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarından 22 milyon 938 min 589 ton transit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 4 min 756 gəmi qəbul edib

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 704, Türkiyə bayrağı altında olan gəmilər isə 5 min 773 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə #Özəl #Türkiyə limanları #Hollandiya

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.