9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

UNESCAP Azərbaycan startaplarının korporativ vençur kapitalına çıxış imkanını genişləndirmək niyyətindədir

13 İyun 2024 10:35
UNESCAP Azərbaycan startaplarının korporativ vençur kapitalına çıxış imkanını genişləndirmək niyyətindədir

Bakı. AzerVoice:

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) Azərbaycan startaplarının korporativ vençur kapitalına çıxış imkanını genişləndirmək niyyətindədir.

AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndəsi Hizer Straus bu gün Bakıda keçirilən "Rəqəmsal iqtisadiyyata investisiyalarin cəlbi" layihəsi çərçivəsində rəqəmsal KOB və startaplara "scale-up" və xarici investisiyaların cəlbi üçün təlim proqramının kuluarlarında jurnalistlərə deyib.

"Bu həftə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzini (4SİM) Dünya İqtisadi Forumu və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə birgə bir sıra seminarlarla dəstəkləyirik.

Dünən "Ağıllı Sənaye Hazırlığı İndeksi"ni (SIRI) təqdim etdik. Bu gün Azərbaycan, Türkiyə və Tacikistandan olan startaplar üçün iki günlük şəxsi seminara başlayırıq, ardınca isə bir sıra virtual tədbirlər keçiriləcək. Seminarın məqsədi genişlənmə mərhələsində olan startaplarla praktiki iş və onlara korporativ vençur kapitalının cəlb edilməsi üsullarını öyrətməkdir.

Bu bazarın həcmi trilyonlarla dollar dəyərində ölçülür və genişlənmə mərhələsində olan startaplar üç trilyon dollara yaxın maliyyə vəsaitinə çıxış edə bilər. Lakin startapların əksəriyyəti investorların axtarışı və cəlb olunmasında problemlərlə üzləşir. Bu seminarda iştirakçılar korporativ vençur kapitalı investorlarını necə tapmağı, onlarla əlaqə qurmağı və öz layihələrini təqdim etməyi öyrənəcək. Bu bilik startaplara şirkətlərini genişləndirmək və miqyaslandırmaq üçün kapitaldan istifadə etməkdə kömək göstərəcək", - deyə o qeyd edib.

UNESCAP Azərbaycan startaplarının korporativ vençur kapitalına çıxış imkanını genişləndirmək niyyətindədir
Məqalədə: #BMT #startap #UNESCAP

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.