8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan və Türkiyə bitki sağlamlığı sahəsində səylərini birləşdirir

6 Sentyabr 2024 14:43
Azərbaycan və Türkiyə bitki sağlamlığı sahəsində səylərini birləşdirir

Bakı, AzerVoice

3-5 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) - Türkiyə Tərəfdaşlıq Proqramı (FTTP) çərçivəsində FAO - Mərkəzi Asiya üzrə Subregional Ofisinin nümayəndələri və Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Araşdırmaları və Qida Nəzarəti Baş İdarəsinin mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycanda bitki sağlamlığı sahəsində inkişafa dəstək vermək məqsədilə ölkəmizə səfər edib.

AzerVoice xəbər verir ki, səfər zamanı təşkil olunan iki günlük seminarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi (AXA) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri iştirak edib.

Səfər müddətində mütəxəssislər bir sıra texniki görüşlərdə iştirak etməklə, istixanaları ziyarət edib, təcrübələrini bölüşüb və bitki sağlamlığı ilə bağlı fövqəladə hazırlıq və idarəetmə prosesini nəzərdən keçirib. Bununla yanaşı, FAO-nun Ankara və Bakı ofisinin mütəxəssisləri AQTA-ya bitki sağlamlığı ilə bağlı sənədlərin hazırlanmasında dəstək göstəriblər.

Səfər zamanı, xüsusilə tərəvəz virus xəstəliklərinin yayılması ilə bağlı fövqəladə hallarda yerli, sərfəli və sınaqdan keçmiş inkişaf həllərinin təşviqi məqsədilə atılacaq addımlar ilə bağlı bir sıra görüşlər və müzakirələr aparılmışdır.

Qeyd edək ki, bu addımlar Türkiyə təcrübəsinin benefisiar ölkələrdə tətbiq edilməsinə və Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq modeli vasitəsilə digər layihə və fəaliyyətlərin təsirini artırmağa yönəlmiş Cənub-Cənub Əməkdaşlığı Layihəsi çərçivəsində həyata keçirilir.

Mütəxəssislər, həmçinin institusional strukturların, potensialların, strategiyaların və proqramların qiymətləndirilməsi, fövqəladə halların idarəedilməsi, qarşısının alınması və cavab tədbirləri planları, zərərvericilərin risklərinin analizi və FTPP layihəsi çərçivəsində hazırlanmış buğda pası xəstəliklərinin qarşısının alınması və idarə olunması üzrə Azərbaycanın strateji proqramının və fövqəladə planının nəzərdən keçirilməsi və yoxlanılması ilə bağlı müzakirələr aparıb və təcrübələrini bölüşüb.

İki günlük seminarın açılışında AQTA-nın İdarə Heyətinin rəhbəri Elxan Mikayılov, FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev, Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin kənd təsərrüfatı üzrə müşaviri Hakan Kalender və FAO-nun Türkiyə Ofisinin Kənd Təsərrüfatı üzrə Mütəxəssisi Fazil Düşüncəli çıxış edib. Seminar zamanı Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin bitki sağlamlığı üzrə mütəxəssisi Hasenem Ertaş, Aqrar Araşdırmalar Baş İdarəsindən Pelin Keleş Öztürk və Ferhan Morca təlim sessiyaları keçirib.

Tədbirin sonunda, iştirakçılar, seminarın və ziyarətlərin Türkiyə və Azərbaycan arasında bitki sağlamlığı və qida təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığa töhfə verəcəyini əminliklə vurğulayıb.

FAO-Türkiyə Tərəfdaşlıq Proqramının məqsədləri qida təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatında yoxsulluğunun azaldılması və davamlı meşə idarəçiliyinə dəstək vermək, səhralaşma ilə mübarizə aparmaq və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla, qarşılıqlı maraq doğuran digər ölkələrdə ekosistemləri qorumaqdır.

2007-ci ildə yaradılmış FAO-Türkiyə Ərzaq və Kənd Təsərrüfatı üzrə Tərəfdaşlıq Proqramının (FTPP) birinci mərhələsi Türkiyə hökumətinin 10 milyon ABŞ dolları məbləğində etimad fondu tərəfindən maliyyələşdirilməklə və Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən icra olunub. 2009-2015-ci illəri əhatə edən proqramın birinci mərhələsi 16 ölkədə 28 layihə həyata keçirib.

2014-cü ildə Türkiyə və FAO FTTP-nin ikinci mərhələsinə və FAO-Türkiyə Meşəçilik Tərəfdaşlıq Proqramının (FTMP) birinci mərhələsinə əlavə olaraq 20 milyon ABŞ dolları məbləğində maliyyə ilə başlamışdır ki, bu da Türkiyənin ümumi töhfəsini 30 milyon ABŞ dollarına çatdırıb.

Azərbaycan və Türkiyə bitki sağlamlığı sahəsində səylərini birləşdirir
Məqalədə: #Türkiyə #Azərbaycan #FAO #AQTA

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.