5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir

11 İyun 2025 10:42
Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir

BAKI, AzerVoice

Bakı Ekspo Mərkəzində Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi - 2-ci Türk Ticarət Sərgisi keçirilir.

AzerVoice xəbər verir ki, tədbir Türk dövlətləri arasında ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması və satış imkanlarının genişləndirilməsi yolu ilə bizneslərin inkişafına dəstək göstərilməsi məqsədilə təşkil olunub. Sərgidə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikasından olan şirkətlərin məhsul və xidmətləri sərgilənir.

Forum-sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin "Rok Expo" şirkətinin təşkilatçılığı ilə keçirilir.

Mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək məqəsdilə KOBİA sərgidə xüsusi stendlə təmsil olunur. Agentliyin stendində 10-a yaxın KOB subyektinin əl işləri, Qarabağ abidələrini əks etdirən keramik sənət nümunələri, məntiq oyunları, alkoqolsuz içkilər, parfüm, tekstil məhsulları, bağ və ev dekorları, gigiyenik vasitələr, kərə yağı və s. məhsul və xidmətlər nümayiş etdirilir. Agentliyin stendində sosial baxımdan həssas kateqoriyaya aid şəxslərin məhsulları da sərgilənir. Məqsəd yerli KOB-ların məhsullarının xarici bazarlara, o cümlədən Türk dövlətlərinə ixracına, onların müvafiq ölkələrlə biznes əlaqələrinin qurulması və genişləndirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, forum-sərgi iyunun 12-dək davam edəcək. Forumda "Türk dövlətləri iqtisadiyyatı", "Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları", "Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya", "Türk dövlətlərində rəqəmsal ticarət", "Türk dünyası biznes qadınları zirvəsi", "Akademik istiqamətlər", "Startaplar və investisiyalar", "Türk dünyasında medianın gücü" mövzularında panel müzakirələr təşkil olunacaq. Sərgi hissəsində isə 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, "yaşıl iqtisadiyyat", turizm, rəqəmsallaşma və s. sahələr üzrə məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilir.

Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir
Məqalədə: #Türkiyə #Özbəkistan #Qırğızıstan #Macarıstan #Şimali Kİpr Türk Respublikası #Türkmənistan #Türk Ticarət Sərgisi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.