11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

May ayında Türkiyənin Türk ölkələrinə ixracı 1 milyard dollara çatır (ÖZƏL)

2025-ci ilin may ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,7 faiz azalaraq 939 milyon 826 min dollar olub.

30 İyun 2025 17:40
May ayında Türkiyənin Türk ölkələrinə ixracı 1 milyard dollara çatır (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin may ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,7 faiz azalaraq 939 milyon 826 min dollar olub.

Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – may ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,9 faiz artaraq, 4 milyard 293 milyon 535 min dollar olub.

“Bu ilin may ayında Türkiyənin Türk ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 786 milyon 255 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – may aylarında Türkiyənin Türk ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 3 milyard 195 milyon 881 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin may ayında Türkiyənin xarici ticarət dövriyyəsi 56 milyard 279 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin may ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,6 faiz artaraq 24 milyard 817 milyon dollar, idxalı isə 2,7 faiz artaraq 31 milyon 462 min dollar olub.

“Bu ilin yanvar – may ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 263 milyard 64 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-may ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 110 milyard 904 milyon dollara, idxalı isə 5,8 faiz artaraq 152 milyard 160 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.

2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.

Məqalədə: #Türkiyə Ticarət Nazirliyi #Türk dövlətləri #Türkiyənin xarici ticarət dövriyyəsi #ixracat #idxal #xarici ticarət dövriyyəsi #Türkiyə ixracat statistikası #2025 Türkiyə ixracat statistikası #Türkiyə xarici ticarət statistikası #Türkiyə ixrac və idxal göstəriciləri #Türkiyə İxracatçılar Məclisi (TİM)

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.