4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Qızılın unsiyası ABŞ-ın rüsumları fonunda rekord səviyyəyə yüksəlib

Qızılın unsiyası, cari ilin ilk yarısında ABŞ-ın gömrük rüsumları ilə bağlı narahatlıqlar, geosiyasi risklər, mərkəzi bankların alışı və dolların zəifləməsi ilə rekord səviyyəyə yüksəlib.

13 İyul 2025 13:09
Qızılın unsiyası ABŞ-ın rüsumları fonunda rekord səviyyəyə yüksəlib

BAKI, AzerVoice

Qızılın unsiyası, cari ilin ilk yarısında ABŞ-ın gömrük rüsumları ilə bağlı narahatlıqlar, geosiyasi risklər, mərkəzi bankların alışı və dolların zəifləməsi ilə rekord səviyyəyə yüksəlib.

AzerVoice xəbər verir ki, ilin ikinci yarısında qlobal risklərin azalacağı gözləntilərinə paralel olaraq qiymətlərin stabilləşəcəyi proqnozlaşdırılır.

Belə ki, qızılın unsiyası ilin ilk yarısında 26 faiz artaraq 3 303 dollara qədər yüksəlib. Bu dövrdə ən yüksək aylıq artım mart ayında 9,3 faiz ilə müşahidə olundu. Ticarət müharibələrinə dair artan qeyri-müəyyənliklər və Federal Ehtiyat Sistemi (FED) ilə ABŞ hökuməti arasında fikir ayrılıqları ilə bağlı narahatlıqlar aprel ayında qızılın qiymətini 3 499,99 dollara qədər qaldırdı.

Qeyd edək ki, il başlananda bazarlar qlobal inflyasiya və resessiya dilemması ilə mərkəzi bankların "yumşaq pul" siyasətinə keçəcəyi gözləntiləri ilə qarşılaşıb. Bu dövrdə davam edən qlobal qeyri-müəyyənliklər və risklər, investorların "təhlükəsiz liman" axtarışını artırıb və bu da qızılın tələbini gücləndirib.

Xüsusilə ABŞ Prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlaması ilə gündəmi zəbt edən gömrük rüsumları mövzusu, dünya iqtisadi mənzərəsinə dair narahatlıqları artırdı. ABŞ-ın yaxın ticarət əlaqələrində olduğu ölkələrlə problemlər yaşaması bu məsələ ilə bağlı riski yüksəltdi. Götürülən rüsumların inflyasiyanı artıracağı ehtimalı isə ABŞ Mərkəzi Bankının siyasət imkanlarını məhdudlaşdırdı.

Digər tərəfdən, ABŞ-ın artmaqda olan büdcə kəsiri ilə bağlı narahatlıqlar da qızıl qiymətlərini yuxarı istiqamətdə dəstəkləyən ikinci amil oldu.

Məqalədə: #ABŞ #Donald Tramp #qızıl #Federal Ehtiyat Sistemi (FED)

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens
Digər Dövlətlər

ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

3 Sentyabr 22:36
İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens
Digər Dövlətlər

İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

3 Sentyabr 22:24
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.