8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyə limanları ilə 7 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 159 min 118 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 6 milyon 880 min 549 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

31 İyul 2025 09:43
Türkiyə limanları ilə 7 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

Bu ilin yanvar- iyun ayında Türkiyə limanlarından 7 milyon 39 min 667 ton kənd təsərrüfatı məhsulları daşınıb.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 159 min 118 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 6 milyon 880 min 549 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

“Bu ilin yanvar- iyun ayında Türkiyə limanlarından tranzit olaraq kənd təsərrüfatı məhsulları yük daşınmayıb”- deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında Türkiyə limanları 33 milyon 433 min 627 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 234 min 521 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 199 min 106 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin iyun ayında Türkiyə limanlarından 5 milyon 868 min 760 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyun aylarında Türkiyə limanları 208 milyon 148 min 523 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 693 min 740 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 193 milyon 454 min 783 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyun aylarında Türkiyə limanlarından 34 milyon 605 min 110 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 779 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 61 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 718 olub.

2025-ci ilin yanvar - iyun ayında Türkiyə limanları 29 min 446 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 880, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 564 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #yük daşıma #kənd təsərrüfatı #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə bayrağı altında gəmilər #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik #Kənd təsərrüfatı layihələri

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

7 Sentyabr 20:30
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)
Liviya

Liviyadan Türkiyə limanlarına 1,36 milyon tondan çox yük daşınıb (ÖZƏL)

16 Avqust 09:30
Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)
Küveyt

Küveytdən Türkiyə limanlarına 145 min tondan çox yük daşınıb (ÖZƏL)

12 Avqust 18:00

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.