12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

“AIIF 2025” çərçivəsində saziş imzalandı: Azərbaycan və Qazaxıstan şirkətləri dəmir istehsalı üzrə əməkdaşlıq edəcək

Sentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində “Daşkəsən Dəmir Filiz” (DDF) MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti arasında birgə müəssisə müqaviləsi imzalanıb. Sazişə əsasən, tərəflərin yaratdığı birgə müəssisə – “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri təsdiqlənib.

23 Sentyabr 2025 17:33
“AIIF 2025” çərçivəsində saziş imzalandı: Azərbaycan və Qazaxıstan şirkətləri dəmir istehsalı üzrə əməkdaşlıq edəcək

BAKI, AzerVoice

Sentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində “Daşkəsən Dəmir Filiz” (DDF) MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti arasında birgə müəssisə müqaviləsi imzalanıb. Sazişə əsasən, tərəflərin yaratdığı birgə müəssisə – “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri təsdiqlənib.

AzerVoice xəbər verir ki, Müqaviləni “AzerGold” QSC-nin törəmə şirkəti DDF MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Fonte Capital Ltd” investisiya şirkətinin Baş direktoru Yerjan Musin imzalayıb. Qeyd edək ki, adıçəkilən şirkət Qazaxıstanın geniş şaxələndirilmiş investisiya portfelinə malik “Fonte Capital Ltd” investisiya şirkətininin idarəetməsində olan müəsissələrdən biridir.
Yeni təsis edilmiş birgə müəssisə illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və istismarı ilə məşğul olacaq. Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi, burada müasir, ekoloji cəhətdən təhlükəsiz texnologiyalardan istifadə olunması nəzərdə tutulub.

Qeyd edək ki, Daşkəsən dəmir filizi yatağının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Bununla belə, yataqdaki filizlərin dəmir tərkibinin nisbətən aşağı olması (ortalama ~40%), filizlərin yerin daha dərin qatlarında yerləşməsi, eləcə də ölkəmizin beynəlxalq sulara birbaşa çıxışının olmaması layihənin əməliyyat və logistika xərclərinin ciddi şəkildə artmasına səbəb olur. Bu amillər isə, öz növbəsində, əlavə dəyər qazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır. Bütün bunları nəzərə alaraq, layihənin effektiv icrasını təmin etmək məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakı ilə optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üç mərhələli istehsal zəncirini -  67% dəmir tərkibli daha keyfiyyətli konsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD) istehsalını əhatə edir.

Hazırda zənginləşdirmə və pellet istehsalı mərhələsi üzrə yekun bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata keçirilir. Proses çərçivəsində geoloji, metallurji, texniki və iqtisadi təhlillər tamamlandıqdan sonra, layihənin bu hissəsi üzrə tikinti-quruculuq işlərinə başlanılacaq.
Layihənin ikinci mərhələsi illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun qurulmasını əhatə edir. Birgə müəsisə müqaviləsi çərçivəsində qurulacaq İBD zavodu

Daşkəsən dəmir filizi layihəsinin əsas kapital yüklü seqmenti olmaqla ümumi investisiya dəyəri təxminən 700 milyon ABŞ dolları təşkil edir. Bu təşəbbüs məhz dövlət büdcəsinə düşən maliyyə yükünün azaldılması məqsədilə xarici sərmayə cəlb edilərək həyata keçirilir. Layihə çərçivəsində ÜDM-yə illik 694 milyon ABŞ dolları həcmində töhfə gözlənilir və təxminən 1 600 nəfərin birbaşa və dolayı şəkildə işlə təmin olunması planlaşdırılır.
Daşkəsən dəmir filizi layihəsinin sadalanan dəyər zənciri üzrə bütün mərhələlərinin kompleks şəkildə icrası regiona daha böyük sosial-iqtisadi dividendlər qazandıracaq, həm birbaşa, həm də dolayı təsirlər nəticəsində təxminən 4 000 iş yerinin yaradılmasına imkan verəcək. Mərhələli şəkildə həyata keçiriləcək proses genişmiqyaslı sənaye sinerjisi yaradacaq, yerli və regional bazarlar üçün rəqabətqabiliyyətli məhsul istehsalı təmin edilməsi ilə əməliyyatlara başlanıldıqdan sonrakı dövr üzrə ÜDM-yə təqribən 13 milyard ABŞ dolları həcmində töhfə verəcək.

Məqalədə: #Azərbaycan #Qazaxıstan #əməkdaşlıq #ÜDM #AzerGold

Mövzu üzrə digər xəbərlər

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02

Son Xəbərlər

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
18:51
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
18:46
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.