6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Baş nazir Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib

Sentyabrın 30-da Minskə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.

30 Sentyabr 2025 17:22
Baş nazir Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib

BAKI. AzerVoice

Sentyabrın 30-da Minskə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.

AzerVoice xəbər verir ki ,iclasda çıxış edən Baş nazir Ə.Əsədov iqtisadi-ticari əməkdaşlığı Azərbaycanın Aİİ üzv ölkələri ilə əlaqələrinin fundamental vektoru kimi dəyərləndirib. O qeyd edib ki, 2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın Aİİ üzv ölkələri ilə ticarət dövriyyəsi 22%-dən çox artıb.

Baş nazir investisiya qarşılıqlı fəaliyyətinin müsbət dinamikasını qeyd edib. “Aİİ üzv ölkələrindən olan tərəfdaşlarımızın biznesləri Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş şəkildə təmsil olunur”, - deyə o vurğulayıb. Baş nazir əlavə edib ki, buna ölkədəki etibarlı və şəffaf investisiya mühiti kömək edir.

O, həmçinin bildirib ki, Azərbaycan investorları Aİİ üzv dövlətlərində sənayenin geniş spektrini əhatə edən və onların iqtisadiyyatlarının inkişafına töhfə verən layihələri fəal şəkildə həyata keçirirlər.

Baş nazir əsas iqtisadi sektorlara qarşılıqlı sərmayə axınını təmin etmək üçün Azərbaycanın Aİİ üzvü olan bir neçə tərəfdaşla yaratdığı birgə investisiya fondlarının fəaliyyətinə toxunub: “Bu təşəbbüs artıq öz effektivliyini sübut edib və əməkdaşlıq üçün yeni üfüqlər açır”.

Nəqliyyat-tranzit sektorunda əməkdaşlığa toxunan Ə.Əsədov bildirib ki, bu, qarşılıqlı ticarətin, investisiyaların artırılması, yeni iqtisadi imkanların inkişafı üçün mühüm potensiala malik olduğu üçün gündəlikdə xüsusi yer tutur.

“Avropa və Asiyanın kəsişməsində yerləşən və müasir infrastruktura malik Azərbaycan region ölkələri və tərəfdaşlarımız üçün yeni imkanlar yaradan etibarlı nəqliyyat və logistika habına çevrilib”, - deyə o qeyd edib.

Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində Azərbaycanın sistemli səyləri barədə danışan Baş nazir Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılmasını və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsinin ikinci mərhələsinə start verildiyini diqqətə çatdırıb.

Ə.Əsədov Orta Dəhlizin əhəmiyyətini də vurğulayıb. O qeyd edib: “Son üç ildə bu dəhliz üzrə Azərbaycan ərazisindən keçən yükdaşımaların həcmi demək olar ki, 90% artıb ki, bu da onun artan səmərəliliyinin və daha çox tələbat olmasının inandırıcı sübutudur”.

Baş nazir bu kontekstdə Azərbaycanın əsas ərazisini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün əldə olunan razılaşmaların tarixi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu sazişlər tranzit marşrutlarının genişləndirilməsi, Azərbaycanın regional və qlobal logistikada rolunun gücləndirilməsi üçün yeni şərait yaradır.

Azərbaycan hökumətinin başçısı yeni dəhlizinin Şimal-Cənub dəhlizi ilə yanaşı, Orta Dəhlizin də mühüm seqmentinə çevriləcəyinə əminliyini ifadə edib.

Xəzəryanı beş dövlətin hamısının, o cümlədən İran nümayəndələrinin iclasda iştirak etdiyini nəzərə alaraq, Ə.Əsədov Xəzər dənizinin dayazlaşması məsələsinə də diqqət çəkib.

“Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə BMT kürsüsündə bu məsələnin vacibliyini bir daha vurğuladı. Təəssüf ki, Xəzər dənizinin ekoloji vəziyyəti sürətlə pisləşir. Xəzər regionunda potensial ekoloji fəlakətin qarşısının alınması Xəzəryanı ölkələrin təcili birgə səylərini tələb edir. Azərbaycan əvvəllər əldə edilmiş razılaşmalara sadiq qalaraq, bu problemin birgə həlli yollarını tapmaq üçün əməkdaşlığı gücləndirməyə hazırdır", - deyə Baş nazir bildirib.

Baş nazir, həmçinin Aİİ çərçivəsində başlanan antidempinq təhqiqatlarını qeyd edib. O, Azərbaycan mənşəli mallara – daha dəqiq desək, polietilen, polipropilen və propilen sopolimerlərə münasibətdə təhqiqatları, habelə alüminium lentləri ilə bağlı təkrar təhqiqatı xatırladıb. Əli Əsədov qeyd edib ki, qeyd olunan mallara antidempinq tədbirləri tətbiq edilərsə, Azərbaycanın Aİİ-yə ixracının ümumi həcmi əhəmiyyətli dərəcədə azala bilər.

Bu prosesdə iştirak edən Azərbaycan şirkətləri əməkdaşlığa açıqdır. Ümid edirik ki, araşdırmalar mümkün qədər real faktlara əsaslanacaq və nəticə Azərbaycanın Aİİ ölkələri ilə həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə ticarət əməkdaşlığına heç bir real ziyan vurmayacaq.

Baş nazir Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib Baş nazir Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib
Məqalədə: #Azərbaycan #BMT #Əli Əsədov #Naxçıvan #Xəzər dənizi #Baş nazir Əli Əsədov #Orta Dəhliz #Aİİ #Minsk

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.