7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib

Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.

3 Noyabr 2025 18:06
Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib

BAKI, AzerVoice

AzerVoice xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.

Neft və qaz sənayesində müasir texnologiyaların, innovativ həllərin, rəqəmsal transformasiya və bərpaolunan enerjiyə keçid strategiyalarının təqdim olunduğu tədbirdə enerji sektorundakı yeni qlobal meyllər təqdim olunub. ADIPEC çərçivəsində ölkəmizin enerji transformasiyası və dayanıqlı iqtisadi inkişaf sahəsində təcrübəsi bölüşülüb.

Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb. Görüşdə enerji təchizatının təkmilləşdirilməsi, neft-qaz sahəsində kəşfiyyat və hasilat layihələrinin reallaşdırılması, Xəzər dənizi, Asiya və Afrika regionunda yeni bağlantıların qurulması və investisiya potensialının dəyərləndirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər SOCAR və bp arasında birgə fəaliyyətin diversifikasiyasının etibarlı tərəfdaşlıq və gücləndirilmiş regional sinerji əsasında qarşılıqlı perspektivlərini vurğulayıblar.

Müzakirələrdə bildirilib ki, Azərbaycan enerji sektorunda innovasiyaların tətbiqinə, bərpaolunan enerji mənbələrinin inkişafına və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan beynəlxalq tərəfdaşlarla uzunmüddətli strateji əməkdaşlıq enerji keçidi dövründə yeni layihələrin həyata keçirilməsi üçün mühüm platforma yaradır.

Qeyd edək ki, ADIPEC hər il Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən qlobal enerji sənayesi tədbiridir. Dünya üzrə aparıcı şirkətləri, dövlət qurumlarını və mütəxəssisləri bir araya gətirərək enerji sektorunda innovativ texnologiyaların, yeni həllərin və dayanıqlı inkişaf modellərinin təqdimatına şərait yaradır.

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib

Mövzu üzrə digər xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb

6 Sentyabr 17:00
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
İqtisadiyyat

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb

4 Sentyabr 15:57
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34
ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb
İqtisadiyyat

ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

3 Sentyabr 10:52

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.