7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Bakıda Azərbaycan Karbon Bazarı üzrə Vorkşop keçirilib

2–3 dekabr 2025-ci il tarixlərində Azərbaycan Karbon Bazarı üzrə Vorkşop Bakı Fond Birjası (BFB), Böyük Britaniyanın Bakıdakı Səfirliyi və TheCityUK tərəfindən birgə təşkil olunaraq BFB-də keçirilib.

4 Dekabr 2025 11:21
Bakıda Azərbaycan Karbon Bazarı üzrə Vorkşop keçirilib

BAKI, AzerVoice

2–3 dekabr 2025-ci il tarixlərində Azərbaycan Karbon Bazarı üzrə Vorkşop Bakı Fond Birjası (BFB), Böyük Britaniyanın Bakıdakı Səfirliyi və TheCityUK tərəfindən birgə təşkil olunaraq BFB-də keçirilib.

AzerVoice xəbər verir ki, iki gün davam edən vorkşopun məqsədi Azərbaycan karbon bazarının inkişafını dəstəkləmək, könüllü karbon bazarları (VCM-lər) üzrə institusional bilik və anlayışı artırmaq, həmçinin Azərbaycan karbon bazarının qlobal karbon bazarları ilə gələcəkdə qarşılıqlı əlaqələndirilməsi imkanlarını araşdırmaq olub.

Açılış nitqləri BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Fergus Auld OBE və TheCityUK təşkilatının Beynəlxalq İnkişaf üzrə direktoru Anna Rogers tərəfindən səsləndirilib. Sessiyalara isə ITMO Ltd şirkətinin həmtəsisçisi, komplayens karbon bazarları, Paris Sazişi və 6-cı maddə üzrə dünyanın aparıcı ekspertlərindən biri olan cənab Maykl Matres rəhbərlik edib.

Açılış zamanı Böyük Britaniyanın Azərbaycandakı səfiri, cənab Fergus Auld OBE bildirib:
"Böyük Britaniya hökuməti üçün iqtisadi artımın təmin edilməsi prioritetdir. Buna görə də Britaniyanın Bakıdakı Səfirliyi, Böyük Britaniya–Azərbaycan Strateji Tərəfdaşlığının bir hissəsi olaraq Azərbaycanın iqtisadi şaxələndirilməsini dəstəkləyən tərəfdaşlıqları davam etdirir.
Böyük Britaniyanın Bakıdakı Səfirliyi, TheCityUK və Bakı Fond Birjası tərəfindən birgə təşkil olunan bu vorkşop, Böyük Britaniya–Azərbaycan kommersiya tərəfdaşlığının dekarbonizasiya, enerji keçidi və davamlı inkişaf üzrə ortaq maraqları irəli aparmaq potensialını nümayiş etdirir."

İki gün ərzində iştirakçılara karbon bazarlarının əsasları — karbon vergiləri və emissiyaların ticarəti sxemləri kimi karbon qiymətləndirmə mexanizmləri, həmçinin komplayens karbon bazarlarının (Böyük Britaniya və Aİ ETS), könüllü karbon bazarlarının strukturu və fəaliyyəti, eləcə də Paris Sazişi çərçivəsində əsas beynəlxalq mexanizmlər təqdim olunub.

İştirakçılar həmçinin milli ekoloji, fiskal və maliyyə qanunvericiliyi ilə uyğunlaşdırma, nəzarət mexanizmləri, risklərin idarə edilməsi, fırıldaqçılığa qarşı tədbirlər və Böyük Britaniyanın tənzimləmə təcrübəsi daxil olmaqla hüquqi və tənzimləyici çərçivələri müzakirə ediblər.

Sonda vorkşop karbon bazarının inkişafı üçün tələb olunan geniş ekosistemi vurğulayıb — maliyyə institutlarının, layihə inkişaf etdiricilərinin və vasitəçilərin rolu, banklaşdırıla bilən karbon layihələri üzrə portfelin formalaşdırılması, yaşıl maliyyələşdirmə alətləri vasitəsilə özəl kapitalın cəlb edilməsi, eləcə də təsdiq edən qurumlar, konsultantlar və auditorlar üzrə yerli potensialın gücləndirilməsi önə çıxarılıb.

Tədbir Azərbaycan kapital bazarı iştirakçılarının nümayəndələrini bir araya gətirərək, ölkənin qlobal karbon bazarlarına inteqrasiyası üçün tələb olunan bilik bazası və infrastrukturun formalaşdırılması istiqamətində mühüm addım olub.

Məqalədə: #Azərbaycan #Böyük Britaniya #Bakı Fond Birjası #Ferqus Auld #Karbon Bazarı #VCM #Ruslan Xəlilov #Anna Rogers #TheCityUK #Paris Sazişi #Maykl Matres

Mövzu üzrə digər xəbərlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

19:39
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib

09:54
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

5 Sentyabr 18:45

Son Xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.