5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxarır – Nazir müavini

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxararaq regional risklərin birgə idarə olunmasına yönəlmiş strateji yanaşma formalaşdırır. AzerVoice xəbər veriri ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən II Azərbaycan–Türkiyə II İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Aqrar tərəfdaşlıq: dayanıqlı inkişaf və qida təhlükəsizliyi" mövzusunda panel müzakirəsində bildirib.

23 Dekabr 2025 13:28
Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxarır – Nazir müavini

BAKI,AzerVoice

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxararaq regional risklərin birgə idarə olunmasına yönəlmiş strateji yanaşma formalaşdırır. AzerVoice xəbər veriri ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Aqrar tərəfdaşlıq: dayanıqlı inkişaf və qida təhlükəsizliyi" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, su resurslarına artan təzyiq, ərzaq bazarlarında geosiyasi çağırışlar aqrar sektoru bütün ölkələr üçün strateji əhəmiyyətli sahəyə çevirib: "Mövcud qlobal çağırışlar göstərdi ki, qida təminatı artıq ayrı-ayrı ölkələrin deyil, strateji tərəfdaşların gücü ilə qorunur. Bu baxımdan Azərbaycan və Türkiyə aqrar əməkdaşlığı regional səviyyədə risklərin birgə idarə olunması modelinə çevrilə biləcək böyük potensiala malikdir".

Nazir müavini qeyd edib ki, Türkiyənin aqrar texnologiyalar, emal sənayesi, logistika, standartlaşdırma və idarəetmə sahəsindəki təcrübəsi Azərbaycanın torpaq, istehsal və ixrac potensialı ilə birləşdikdə region üçün güclü sinerji yaranır: "Biz istehsal, emal, logistika və bazar zəncirinə ayrı-ayrı mərhələlər kimi deyil, bütöv aqrar ekosistem kimi baxırıq. Məqsəd yalnız ticarət həcmini artırmaq deyil, birgə dəyər yaratmaq, texnologiya transferini sürətləndirmək və ixracyönümlü, dayanıqlı aqrar model formalaşdırmaqdır".

Panel müzakirəsində iştirak edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polat isə deyib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən aqrar inkişaf layihələri Azərbaycan–Türkiyə əməkdaşlığı üçün yeni imkanlar yaradır və regional qida təhlükəsizliyinə mühüm töhfə vermək potensialına malikdir.

Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri, artan əhali və ərzaq tələbatı fonunda kənd təsərrüfatı artıq yalnız istehsal sahəsi deyil, strateji əhəmiyyət daşıyan sektor kimi çıxış edir: "Bu baxımdan Azərbaycan və Türkiyənin ortaq məqsədləri və birgə baxışı mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan aqroparklar, müasir istehsal sahələri və logistika mərkəzləri təkcə ölkənin milli inkişafına deyil, eyni zamanda regionun ərzaq təhlükəsizliyinə xidmət edəcək. Bu ərazilərdə formalaşdırılan aqrar infrastruktur Türkiyənin texnoloji, institusional və idarəetmə təcrübəsi ilə birləşdikdə hər iki ölkə üçün qazan-qazan prinsipi əsasında nümunəvi əməkdaşlıq modeli yarana bilər".

A.Polat əlavə edib ki, Azərbaycan və Türkiyə arasında aqrar sahədə əməkdaşlıq çərçivəsində texnologiya və bilik mübadiləsi, birgə elmi-tədqiqat fəaliyyətləri, bitkiçilik və heyvandarlıq, su idarəçiliyi, iqlim dəyişikliklərinə uyğun istehsal modelləri üzrə mühüm irəliləyişlər əldə olunub. Nazir müavini vurğulayıb ki, tərəflər aqrar sahədə rəqəmsallaşma, süni intellekt tətbiqləri, iqlimə davamlı toxumların hazırlanması, su səmərəliliyinin artırılması və logistika–ixrac infrastrukturunun gücləndirilməsini gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirib.

Məqalədə: #II Azərbaycan-Türkiyə İnvestisiya Forumu #İlhamə Qədimova #Abdulkadir Polat #Qarabağ və Şərqi Zəngəzur

Mövzu üzrə digər xəbərlər

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
İqtisadiyyat

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb

4 Sentyabr 15:57
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34
Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova
İqtisadiyyat

Balıqçılıq sahəsində nəzarət üçün hər dəfə yerində yoxlama tələb olunmayacaq - İlhamə Qədimova

1 Sentyabr 12:53
WUF13 çərçivəsində D-8 Yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib
İqtisadiyyat

WUF13 çərçivəsində D-8 Yüksək səviyyəli enerji və şəhərsalma dialoqu keçirilib

19 May 18:00

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.