7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzurda aqrar layihələr regional ərzaq təhlükəsizliyinə töhfə verəcək - Abdulkadir Polat

Azərbaycanın xüsusilə bərpa edilmiş və yenidən istehsala cəlb olunan ərazilərdə formalaşdırdığı aqrar inkişaf vizyonu əməkdaşlığa əlavə dinamika qazandırır

23 Dekabr 2025 13:35
Qarabağ və Şərqi Zəngəzurda aqrar layihələr regional ərzaq təhlükəsizliyinə töhfə verəcək - Abdulkadir Polat

BAKI,AzerVoice

Qarabağ və Şərqi Zəngəzurda aqrar layihələr regional ərzaq təhlükəsizliyinə töhfə verəcək. AzerVoice xəbər verir ki, bunu Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polat bildirib. O deyib ki, Türkiyə kənd təsərrüfatının rəqəmsallaşdırılması, ətraf mühitə uyğun və yüksək əlavə dəyər yaradan modelə keçidi istiqamətində genişmiqyaslı siyasət həyata keçirir.

Onun sözlərinə görə, Türkiyədə rəqəmsal kənd təsərrüfatı tətbiqləri, su səmərəliliyi üzrə səfərbərlik, quraqlığa davamlı toxumların hazırlanması və iqlim dostu dəstək mexanizmləri tətbiq olunur. Nazir müavini qeyd edib ki, bu təcrübə Azərbaycanla aqrar əməkdaşlığın genişləndirilməsi üçün mühüm baza yaradır.

A. Polat vurğulayıb ki, Azərbaycanın xüsusilə bərpa edilmiş və yenidən istehsala cəlb olunan ərazilərdə formalaşdırdığı aqrar inkişaf vizyonu əməkdaşlığa əlavə dinamika qazandırır. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aqroparkların, müasir istehsal sahələrinin və logistika mərkəzlərinin yaradılması təkcə Azərbaycanın milli inkişafına deyil, eyni zamanda regional ərzaq təminatının gücləndirilməsinə xidmət edəcək.

Nazir müavini bildirib ki, Türkiyənin texnoloji, idarəetmə və institusional təcrübəsinin Azərbaycanın güclü potensialı ilə birləşməsi hər iki tərəf üçün “qazan–qazan” prinsipi əsasında nümunəvi əməkdaşlıq modelinin formalaşmasına imkan yaradacaq.

A. Polat əlavə edib ki, Azərbaycan–Türkiyə əməkdaşlığı yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır və enerji, nəqliyyat və ticarət sahələrində də strateji tərəfdaşlıq çərçivəsində inkişaf edir.

Məqalədə: #Azərbaycan-Türkiyə İnvestisiya Forumu #Şərqi Zəngəzur #Zəngəzur #Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturu #Qarabağ və Şərqi Zəngəzur investisiya imkanları #Abdulkadir Polat #Qarabağ və Şərqi Zəngəzur

Mövzu üzrə digər xəbərlər

Tarixdə bu gün — 1 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün — 1 Sentyabr

1 Sentyabr 00:01
Şərqi Zəngəzurun dirçəlişi təkcə insanların deyil, biznesin və yeni imkanların qayıdışıdır - Vahid Hacıyev
Cəmiyyət

Şərqi Zəngəzurun dirçəlişi təkcə insanların deyil, biznesin və yeni imkanların qayıdışıdır - Vahid Hacıyev

2 Avqust 16:29
Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb
Cəmiyyət

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

12 İyun 20:45
Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir
Cəmiyyət

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

23 May 18:52

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.