9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Maliyyə naziri Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Yanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı ölkəmizlə Dünya Bankı arasında əməkdaşlğın mövcud vəziyyəti və inkişaf perspektivləri, Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək proqramlar müzakirə edilib.

26 Yanvar 2026 15:41
Maliyyə naziri Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Yanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və Cənubi Qafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Görüş zamanı ölkəmizlə Dünya Bankı arasında əməkdaşlğın mövcud vəziyyəti və inkişaf perspektivləri, Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhər inkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcək proqramlar müzakirə edilib.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycanla Dünya Bankı arasında 30 ildən artıq davam edən tərəfdaşlıq çərçivəsində Bank tərəfindən ölkəmizə dəstək məqsədilə ümumilikdə 54 layihəyə təqribən 5,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb və bu əməkdaşlıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi və dayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfələr verib.

Görüşdə Dünya Bankı ilə həyata keçirilən layihələrin icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, “Bərpa Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi” (AZURE) layihəsi çərçivəsində tikilən günəş və külək elektrik stansiyaları ölkənin enerji sisteminə inteqrasiya olunmaqla dayanıqlı enerji infrastrukturunun inkişafını təmin edir. Bununla yanaşı, “Məşğulluğa dəstək” layihəsi və onun əlavə maliyyələşdirilməsi təşəbbüsləri işsiz əhalinin məşğulluq imkanlarının genişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanı dəstəkləyir. Eyni zamanda, “Regional yollar və inkişaf” layihəsi regionlararası nəqliyyat bağlantılarını gücləndirərək ümumi iqtisadi fəallığın canlanmasına imkan yaradır.

Öz növbəsində, Çarlz Kormyer təmsil etdiyi qurumun Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığa böyük önəm verdiyini və ölkədə aparılan iqtisadi islahatları yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanla infrastruktur, yaşıl enerji, şəhərsalma və logistika sahələrində əməkdaşlığın genişləndirilməsində böyük potensial var və bu sahələrdə həyata keçiriləcək təşəbbüslər ölkədə dayanıqlı inkişafın təmin olunmasına və iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq.

Görüş zamanı həmçinin, Dünya Bankının kredit vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi”, “Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” və “Yaşanılabilən Bakı” layihələri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunan layihələrin reallaşdırılmasına zəmin yaradacaq institusional, texniki və maliyyə xarakterli tədbirlər, eləcə də tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Maliyyə naziri Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib Maliyyə naziri Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Məqalədə: #Azərbaycan #Avropa #Dünya Bankı #Cənubi Qafqaz #Sahil Babayev #Mərkəzi Asiya #Maliyyə Nazirliyi #Çarlz Kormyer #Roland Prays #Bərpa Olunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi (AZURE)

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.