8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan və Türkiyə audit qurumları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Türkiyə Respublikasında müstəqil auditin dövlət tənzimlənməsini həyata keçirən İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı arasında işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi audit və mühasibatlıq sahəsində institusional tərəfdaşlıq mexanizmlərinin yaradılması, auditin tənzimlənməsi və keyfiyyətinin yüksəldilməsi, maliyyə hesabatlarında şəffaflıq və etibarlılığın artırılması istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi olub. Tərəflər auditorların birgə sertifikasiyası, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, habelə haqsız rəqabətə qarşı mübarizə sahələrində birgə fəaliyyət perspektivlərini də nəzərdən keçiriblər.

27 Yanvar 2026 14:26
Azərbaycan və Türkiyə audit qurumları arasında Anlaşma Memorandumu imzalanıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Türkiyə Respublikasında müstəqil auditin dövlət tənzimlənməsini həyata keçirən İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı arasında işgüzar görüş keçirilib.

AzerVoice Azərbaycan Respublikasının Auditorlar Palatasına istinadən xəbər verir ki, görüşün əsas məqsədi audit və mühasibatlıq sahəsində institusional tərəfdaşlıq mexanizmlərinin yaradılması, auditin tənzimlənməsi və keyfiyyətinin yüksəldilməsi, maliyyə hesabatlarında şəffaflıq və etibarlılığın artırılması istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi olub. Tərəflər auditorların birgə sertifikasiyası, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə, habelə haqsız rəqabətə qarşı mübarizə sahələrində birgə fəaliyyət perspektivlərini də nəzərdən keçiriblər.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar ölkədə sağlam biznes mühitinin formalaşdırılmasına, investisiya cəlbediciliyinin artırılmasına və dövlət maliyyə idarəetməsində şəffaflığın gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, beynəlxalq audit təcrübələrinin öyrənilməsi və milli mühitə uyğun tətbiqi auditorlar qarşısında duran əsas vəzifələrdəndir.

Vahid Novruzov vurğulayıb ki, Türkiyənin auditin tənzimlənməsi və beynəlxalq standartların tətbiqi sahəsində topladığı zəngin təcrübənin Azərbaycanda tətbiqi institusional inkişafla tam uzlaşır. Eyni zamanda, Azərbaycanın da audit və maliyyə nəzarəti sahəsində əldə etdiyi nəticələri qardaş ölkə ilə bölüşməyə hazır olduğu qeyd edilib.

Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatının sədri Hasan Özçelik çıxışında iki ölkənin audit qurumları arasında əməkdaşlığın audit keyfiyyətinin yüksəldilməsi və tənzimləyici təcrübələrin qarşılıqlı ötürülməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə audit institutunun maliyyə intizamının möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib və türkdilli ölkələr arasında institusional inteqrasiyanın vacibliyini vurğulayıb.

Görüş çərçivəsində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum audit və mühasibatlıq sahəsində qarşılıqlı əməkdaşlığın hüquqi və institusional əsaslarının formalaşdırılmasını, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

Tədbirdə Türkdilli Dövlətlərin Audit və Mühasibatlıq Qurumlarının Vahid Birliyinin yaradılması təşəbbüsü də müzakirə olunub. Qeyd edilib ki, bu platforma ortaq standartların yaxınlaşdırılması, auditorların qarşılıqlı tanınması və sertifikatlaşdırma sistemlərinin uyğunlaşdırılması baxımından mühüm rol oynaya bilər.

Azərbaycan Auditorlar Palatası, Türkiyə İctimai Nəzarət, audit əməkdaşlığı, mühasibatlıq standartları, maliyyə şəffaflığı, institusional nəzarət, auditor sertifikasiyası, audit keyfiyyəti, türkdilli dövlətlər audit, accounting standards cooperation, audit regulation partnership, financial transparency, Türk dünyası audit platforması, denetim iş birliği, muhasebe standartları, auditor eğitimi, международный аудит, финансовая прозрачность, сотрудничество аудиторов, 共同审计合作, 财务透明度, 审计监管, профессиональный аудит

Məqalədə: #Azərbaycan və Türkiyə audit qurumları arasında Anlaşma Memorandumu imzalandı #Audit və mühasibatlıq sahəsində Bakı–Ankara əməkdaşlığı genişlənir #Auditorlar Palatası və Türkiyənin KGK qurumu strateji tərəfdaşlıq qurur #Azərbaycan–Türkiyə audit əməkdaşlığı yeni mərhələyə keçir #Türkdilli ölkələr üçün vahid audit birliyi gündəmdədir #Audit sahəsində institusional əməkdaşlıq gücləndirilir #Azerbaycan ve Türkiye denetim kurumları arasında iş birliği #Denetim alanında Bakü-Ankara mutabakatı #KGK ile Azerbaycan Denetçiler Odası anlaşma imzaladı #Türk dünyasında ortak denetim platformu gündemde #Türkiye-Azerbaycan denetim iş birliği güçleniyor #Denetim ve muhasebe alanında stratejik ortaklık

Mövzu üzrə digər xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Biznes

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri

7 Sentyabr 07:20

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.