11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin yanvar–dekabr ayları üzrə gəlir və xərclərinə dair yekun maliyyə göstəriciləri açıqlanıb. Fondun aktivləri 2025-ci ilin əvvəli ilə müqayisədə 22,5 faiz artaraq 73 milyard 541,5 milyon ABŞ dollarına çatıb. İlin əvvəlində bu göstərici 60 milyard 31,4 milyon ABŞ dolları təşkil edib. Manat ifadəsində ARDNF-nin aktivləri 102 milyard 53,3 milyon manatdan 125 milyard 20,5 milyon manata yüksəlib.

28 Yanvar 2026 13:24
ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin yanvar–dekabr ayları üzrə gəlir və xərclərinə dair yekun maliyyə göstəriciləri açıqlanıb.

AzerVoice xəbər verir ki, Fondun aktivləri 2025-ci ilin əvvəli ilə müqayisədə 22,5 faiz artaraq 73 milyard 541,5 milyon ABŞ dollarına çatıb. İlin əvvəlində bu göstərici 60 milyard 31,4 milyon ABŞ dolları təşkil edib. Manat ifadəsində ARDNF-nin aktivləri 102 milyard 53,3 milyon manatdan 125 milyard 20,5 milyon manata yüksəlib.

2025-ci ilin yanvar–dekabr aylarında ARDNF-nin ümumi gəlirləri 37 milyard 594,4 milyon manat olub. Bunun 17 milyard 160,4 milyon manatı büdcə gəlirləri, 20 milyard 434,0 milyon manatı isə valyuta məzənnələrinin və qızıl qiymətlərinin dəyişməsi nəticəsində formalaşan büdcədənkənar gəlirlər hesabına yaranıb. Hesabat dövrü üzrə Fondun ümumi xərcləri 14 milyard 627,2 milyon manat təşkil edib.

Hesabat dövründə neft və qaz sazişləri üzrə ümumi gəlirlər 10 milyard 266,3 milyon manat olub. Bunun 9 milyard 497,0 milyon manatı mənfəət nefti və qazın satışından, 765,7 milyon manatı bonus ödənişləri və tranzit gəlirlərindən, 3,6 milyon manatı isə akrhesabı ödənişlərdən formalaşıb. Bu dövrdə AÇG yatağından 8 milyard 292,9 milyon manat, Şahdəniz yatağından isə 958,8 milyon manat vəsait daxil olub.

ARDNF-nin investisiya portfeli üzrə gəlirlilik 6,2 faiz təşkil edib ki, bu da 6 milyard 894,1 milyon manat həcmində investisiya gəliri ilə nəticələnib.

2025-ci il ərzində ARDNF tərəfindən dövlət büdcəsinə 14 milyard 481,0 milyon manat vəsait transfert edilib. Davam edən layihələrin maliyyələşdirilməsinə isə 105,5 milyon manat yönəldilib. Bu vəsaitin 18,6 milyon manatı ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına, 86,9 milyon manatı isə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinə dair dövlət proqramına ayrılıb. Fondun idarəetmə xərcləri isə 40,7 milyon manat təşkil edib.

2025-ci ildə qlobal maliyyə bazarlarında müşahidə edilən proseslər ARDNF-nin investisiya portfelinə müsbət təsir göstərib. Mərkəzi bankların faiz dərəcələrini endirməsi istiqraz bazarlarında gəlirliliyi artırıb, səhm investisiyaları isə şirkətlərin dayanıqlı maliyyə göstəriciləri və texnologiya sahəsindəki irəliləyişlər fonunda müsbət nəticə nümayiş etdirib.

Daşınmaz əmlak və infrastruktur investisiyaları üzrə gəlirlilik sektorlara görə fərqlənsə də, logistika, yaşayış və infrastruktur aktivlərinə tələbin yüksək qalması müsbət gəlirliliyi təmin edib. Qızıl qiymətlərinin artması isə Fondun qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlərin formalaşmasına şərait yaradıb.

Məqalədə: #ARDNF-nin 2025-ci il üzrə gəlir və xərcləri açıqlanıb #Dövlət Neft Fondunun aktivləri 73 #5 milyard dollara çatıb #ARDNF 2025-ci ildə dövlət büdcəsinə 14 #5 milyard manat köçürüb #ARDNF-nin investisiya gəlirliliyi 6 #2 faiz olub #Neft Fondundan dövlət büdcəsinə rekord transfert #2025-ci ildə ARDNF-nin maliyyə göstəriciləri açıqlanıb #Azerbaycan Devlet Petrol Fonu 2025 sonuçlarını açıkladı #ARDNF varlıkları 73 #5 milyar dolara yükseldi #ARDNF’den devlet bütçesine 14 #5 milyar manat transfer #Azerbaycan Petrol Fonu yatırım gelirini artırdı #ARDNF’nin 2025 mali tabloları açıklandı #Devlet Petrol Fonu’nun gelirleri dikkat çekti

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.