7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın biznes və investisiya potensial haqqında məlumat verilib, İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri nəzərdən keçirilib.

12 Fevral 2026 20:45
ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın biznes və investisiya potensial haqqında məlumat verilib, İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri nəzərdən keçirilib.

AzerVoice xəbər verir ki, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi göstəriciləri, biznes və investisiya potensialı, ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu enerji və nəqliyyat marşrutları haqqında məlumat verilib. Bildirilib ki, strateji coğrafi mövqeyini real imkanlara çevirən Azərbaycan iqtisadi zonalar, vergi güzəştləri və müasirləşdirilmiş gömrük sistemi ilə biznes üçün əlverişli mühit təqdim edir. Prioritet investisiya istiqamətlərinə bərpa olunan enerji, rəqəmsallaşma, innovasiyalar və yaşıl texnologiyalar, nəqliyyat-tranzit, logistika, yüksək əlavə dəyər yaradan istehsal sahələri daxildir.

Qeyd olunub ki, ölkəmiz regionun enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanın şaxələndirilmiş neft və qaz kəmərləri sistemi vasitəsilə Xəzər regionunu beynəlxalq bazarlarla birləşdirən strateji rolu regional bağlantıların gücləndirilməsi üçün geniş imkanlar açır.

Ölkəmiz müasir nəqliyyat infrastrukturuna qoyulan iri həcmli investisiyalar sayəsində Avrasiya məkanında mühüm nəqliyyat-logistika qovşağına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu, müasir logistika və hava yük terminalları, doqquz beynəlxalq hava limanı və yenilənmiş avtomobil yolları şəbəkəsi ölkənin regional və qlobal təchizat zəncirlərində rolunu daha da gücləndirir.

Görüş zamanı Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının mövcud vəziyyəti haqqında məlumat verilib. Bu ölkələrlə tərəfdaşlığın möhkəmləndirilməsi nəzərdən keçirilib.

ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib ABŞ-nin Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti ilə görüş keçirilib
Məqalədə: #İqtisadiyyat Nazirliyi #ELnur Əliyev #Bakı Beynəlxalq Dəniz Ticarət Limanı #Bakı-Tbilisi-Qars dəmir yolu #Bakı Gəmiqayırma Zavodu #Betsi Berns Korn #ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransı

Mövzu üzrə digər xəbərlər

“Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb
Cəmiyyət

“Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb

2 Sentyabr 10:29
2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib
İqtisadiyyat

2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

10 Avqust 17:59
Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib
İqtisadiyyat

Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirilib

3 Avqust 18:03
Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib
İqtisadiyyat

Azərbaycan və Çexiyanın “Agrofert” Şirkətlər Qrupu əməkdaşlıq imkanlarını müzakirə edib

22 İyul 19:51

Son Xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.