15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda sahibkarlara 1191 lisenziya verilib. Onlardan 807-si elektron formada təqdim olunub. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 20 min 220 lisenziya təqdim edilib. Verilən lisenziyaların əsas hissəsi tikinti, əczaçılıq, özəl tibb və rabitə sahələrini əhatə edib. Elektron lisenziyaların sayı 2018-ci ildən etibarən 7963-ə çatıb. Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Sahibkarlar müraciətləri "ASAN xidmət", KOB evləri və elektron portal vasitəsilə edə bilərlər. Sənədlər düzgün təqdim edildikdə lisenziya ən geci 10 iş günü ərzində təqdim olunur.

10 Avqust 2026 17:59
2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

BAKI,VOA

2026-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycanda sahibkarlara 1191 lisenziya təqdim olunub. Verilən lisenziyaların böyük hissəsi elektron qaydada rəsmiləşdirilib.

VOA xəbər verir ki, İqtisadiyyat Nazirliyi tərəfindən 2026-cı ilin ilk 7 ayı ərzində sahibkarlara 1191 lisenziya verilib. Ümumilikdə isə indiyədək sahibkarlıq fəaliyyəti üçün təqdim olunan lisenziyaların sayı 20 min 220-yə çatıb.

Məlumata görə, bu ilin yanvar-iyul aylarında verilmiş lisenziyaların 807-si elektron formada təqdim edilib. 2018-ci ilin martından fəaliyyət göstərən "Lisenziyalar və icazələr" portalı vasitəsilə təqdim olunan elektron lisenziyaların ümumi sayı isə 7963 olub.

2026-cı ilin 7 ayında verilən lisenziyaların 25 faizini tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyalar təşkil edib. Bu sahə üzrə 298 lisenziya təqdim olunub.

Lisenziyaların 18 faizi və ya 214-ü əczaçılıq fəaliyyəti, 12 faizi və ya 148-i özəl tibb fəaliyyəti, 11 faizi və ya 129-u rabitə xidmətləri üzrə verilib. Digər fəaliyyət növlərinin payı isə 34 faiz olmaqla 402 lisenziya təşkil edib.

Lisenziya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəd hesab olunur. Lisenziya tələb olunan fəaliyyət növləri "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən edilir.

Hazırda 23 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunur. Dövlət təhlükəsizliyi və maliyyə bazarları sahəsində fəaliyyətlər isə bu siyahıya daxil edilmir.

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə "ASAN xidmət" mərkəzlərinə, KOB evlərinə və ya "Lisenziyalar və icazələr" portalına müraciət edə bilərlər.

Elektron portal vasitəsilə müraciətlərin qəbulu, aidiyyəti dövlət qurumlarından rəylərin alınması və nəticələrin rəsmiləşdirilməsi imkanları yaradılıb.

Sənədlər tam və düzgün təqdim edildiyi halda lisenziya 10 iş günündən gec olmayaraq verilir. Lisenziyanın təqdim edilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın inkişafını təşviq etmək məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt tətbiq olunur.

Məqalədə: #Azərbaycan #ASAN xidmət #İqtisadiyyat Nazirliyi #KOB #Sahibkarlıq #Lisenziya #elektron lisenziya

Mövzu üzrə digər xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
17:26
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
16:53
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
16:51
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
16:46
BƏƏ və Almaniya su qıtlığına qarşı əməkdaşlığı gücləndirir
BƏƏ və Almaniya su qıtlığına qarşı əməkdaşlığı gücləndirir
16:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.