8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

4SİM-in rəqəmsal iqtisadiyyat proqramının əhatə dairəsi genişlənir

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir. Proqrama qoşulan 18 müəssisəyə texnoloji və dayanıqlı inkişaf üzrə yol xəritələri təqdim edilib və onlar icra mərhələsinə başlayıblar.

13 Mart 2026 18:01
4SİM-in rəqəmsal iqtisadiyyat proqramının əhatə dairəsi genişlənir

BAKI, VOA, Orxan Qədirzadə

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir.

VOA Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə istinadən xəbər verir ki, proqrama qoşulan 18 müəssisəyə texnoloji və dayanıqlı inkişaf üzrə yol xəritələri təqdim edilib və onlar icra mərhələsinə başlayıblar.

Qeyd edək ki, Proqramın əhatə dairəsi genişlənir. “Azərsun Holdinq” qabaqcıl texnologiyaların tətbiqini genişləndirmək və istehsal proseslərini daha səmərəli təşkil etmək məqsədilə üç müəssisəsi ilə proqramda iştirak üçün müraciət edib. Bunlar “Sun Tea” MMC, “AzərSüd” MMC və “Qafqaz Konserv Zavodu” MMC-nin tərkibinə daxil olan Xaçmaz Konserv Fabrikidir.

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilən Proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir.
Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji imkanları qiymətləndirilir, transformasiya üzrə yol xəritələri hazırlanır. Bu yanaşma, hər bir müəssisənin xüsusi ehtiyaclarını nəzərə alaraq, onların səmərəliliyini artırmağa və texnoloji inkişafını dəstəkləməyə imkan verir.

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” (qeyd: əvvəlki “Sənaye 4.0 Hazırlıq” Proqramı) “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir. Proqram çərçivəsində 65 müəssisənin texnoloji transformasiyasına birbaşa dəstək göstərilməsi hədəflənir.

4SİM-in rəqəmsal iqtisadiyyat proqramının əhatə dairəsi genişlənir
Məqalədə: #4SİM-in rəqəmsal iqtisadiyyat proqramının əhatə dairəsi genişlənir #Azərbaycanda müəssisələrin rəqəmsal transformasiyası üzrə proqram genişləndirilir #4SİM proqramına yeni sənaye müəssisələri qoşulur #Yerli şirkətlər üçün rəqəmsal inkişaf proqramı genişləndirilir #Rəqəmsal iqtisadiyyat proqramı çərçivəsində 18 müəssisəyə yol xəritəsi təqdim olunub #Sənaye müəssisələrinin texnoloji transformasiyasına dəstək artırılır

Mövzu üzrə digər xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Biznes

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri

7 Sentyabr 07:20

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.