7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycanda ixracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

“Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının 16 iyun 2026-cı il tarixli Fərmanı ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya dəstəyini nəzərdə tutur. Fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi ödənişləri dövlət tərəfindən kompensasiya ediləcək. Malların Azərbaycan mənşəli olması isə mənşə sertifikatı ilə müəyyənləşdiriləcək.

30 İyul 2026 15:20
Azərbaycanda ixracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

BAKI,VOA Orxan Qədirzadə

“Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının 16 iyun 2026-cı il tarixli Fərmanı ixrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya dəstəyini nəzərdə tutur.

Fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi ödənişləri dövlət tərəfindən kompensasiya ediləcək. Malların Azərbaycan mənşəli olması isə mənşə sertifikatı ilə müəyyənləşdiriləcək.

Dəstək mexanizminin tətbiqi nəticəsində yalnız faktiki ixrac olunmuş qeyri-neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.

Kompensasiyanın məbləği gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə dəyişəcək. Hər ixrac bəyannaməsi üzrə ödəniləcək kompensasiya məbləğinin yuxarı həddi müəyyən ediləcək.

Dəstəyin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə tutulan gömrük yığımları artırılmayacaq.

Kompensasiya məbləği 2026-cı il sentyabrın 1-dən etibarən 2031-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq.

Kompensasiya məbləği ixracatçının müraciəti və təqdim etdiyi sənədlər əsasında hər rüb üzrə ixrac gömrük proseduru altında yerləşdirilmiş və faktiki ixrac olunmuş mallara görə hesablanacaq və həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.

Kompensasiya dəstəyinin tətbiqi ilə bağlı aşağıdakı məsələlər üzrə qanunvericilik aktları qəbul ediləcək:

Dəstək mexanizminin şamil olunacağı qeyri-neft-qaz mallarının siyahısı

Dəstək mexanizminin şamil olunacağı ixrac ölkələrinin (ölkə qruplarının) siyahısı;

Dəstək mexanizmi üzrə ödəniləcək dəstək məbləğinin yuxarı həddi;

Dəstək mexanizmi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası.

Dəstək mexanizminin şamil olunmadığı əməliyyatların siyahısı;

Dəstək mexanizminin şamil olunmadığı şəxslərin siyahısı.

Mexanizm mikro, kiçik və orta sahibkarların ixracla bağlı xərclərini azaltmaqla onların xarici bazarlara çıxış imkanlarını dəstəkləyəcək, eyni zamanda qeyri-neft-qaz ixracının genişləndirilməsinə və ixrac potensialının artırılmasına töhfə verəcək.

Məqalədə: #qeyri-neft-qaz ixracına dövlət dəstəyi #ixracatçılara kompensasiya mexanizmi #gömrük rəsmiləşdirilməsi xərcləri #Azərbaycan ixrac siyasəti #mikro kiçik və orta sahibkarlar #İqtisadiyyat Nazirliyi ixrac dəstəyi #sahibkarlara dövlət yardımı

Mövzu üzrə digər xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb

6 Sentyabr 17:00
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
İqtisadiyyat

Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb

4 Sentyabr 15:57
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34
ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb
İqtisadiyyat

ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

3 Sentyabr 10:52

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.