15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına qoşulması ölkənin beynəlxalq rəqəmsal iqtisadiyyatda mövqeyini gücləndirə bilər.

1 Sentyabr 2026 19:12
Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?


BAKI,ArabAZ / Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatı (Digital Cooperation Organization - DCO) üzvlüyünə namizədliyinin təsdiqlənməsi ölkəmizin beynəlxalq innovasiya və rəqəmsal iqtisadiyyat xəritəsindəki mövqeyini keyfiyyətcə yeni mərhələyə çıxarır. Təşkilatın 2026-cı il avqustun 28-də Ər-Riyadda keçirilən iclasında qəbul edilən qərara əsasən, Azərbaycan da daxil olmaqla üzv ölkələrin sayının 16-dan 24-ə çatdırılması ilə bu platforma 980 milyon əhalisi olan böyük bir coğrafiyanı əhatə edəcək.

2022-ci ildə DCO Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müşahidəçi statusu qazanıb ki, bu da təşkilatın beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir.

Bu fikirlər şərqşünas, tədqiqatçı Rasim Abdullanın "Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzvlük Azərbaycana nə vəd edir?"

"DCO üzvlüyü Azərbaycanın mövcud rəqəmsal siyasətini əvəzləmək deyil, onun beynəlxalq miqyasda genişlənməsinə və yeni tərəfdaşlarla zənginləşməsinə xidmət edir. Belə ki, Azərbaycan son illərdə rəqəmsal transformasiya sahəsində mühüm addımlar atıb, mühüm strateji sənədlər qəbul edib.

Məhz bu cəhətdən DCO-ya üzvlüyün Azərbaycan üçün mühüm faydaları ola bilər. Məsələnin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan digər tərəfi DCO-nun qurucu və aparıcı dövlətlərinin əhəmiyyətli hissəsinin Azərbaycana dost ərəb ölkələri olmasıdır. Ərəb dünyasında son on ildə rəqəmsal transformasiya yalnız xidmətlərin elektronlaşdırılması deyil, iqtisadiyyatın strukturunun dəyişdirilməsi, süni intellekt, data iqtisadiyyatı, milli rəqəmsal identifikasiya, bulud infrastrukturu və insan kapitalının inkişafı ilə birlikdə həyata keçirilir.

DCO-nun təsisçisi və "mühərriki" olan Səudiyyə Ərəbistanının timsalında bu təşəbbüsün miqyasını aydın görmək mümkündür. 2019-cu ildə yaradılan Səudiyyə Məlumat və Süni İntellekt İdarəsi (SDAIA) altı istiqamətli Milli Data və Süni İntellekt Strategiyasını (NSDAI) həyata keçirir. 2026-cı il ölkədə rəsmən "Süni İntellekt İli" elan olunub. Həmin ölkənin HUMAIN təşəbbüsü çərçivəsində elan edilmiş investisiya öhdəlikləri - Google Cloud ilə 10 milyard dollarlıq tərəfdaşlıq, Blackstone ilə data mərkəzləri üzrə 3 milyard dollarlıq razılaşma və NVIDIA-nın çoxillik çip tədarükü müqavilələri daxil olmaqla - məcmu şəkildə 100 milyard dolları keçib. Nəticə özünü göstərir: Səudiyyə Ərəbistanı 2025-ci il Qlobal Süni İntellekt İndeksində 14-cü, IMD-nin 2026-cı il Dünya Rəqabətqabiliyyətlilik İlliyində isə 13-cü yerdə qərarlaşıb, G20 ölkələri arasında isə üçüncüdür.

Azərbaycanın artıq Səudiyyə Ərəbistanı ilə bu sahədə praktiki əməkdaşlıq təcrübəsinin olması da diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanının Rəqəmsal Hökumət İdarəsi (DGA) nəzdindəki "Innovation Hub", Data və Süni İntellekt üzrə İdarəsi (SDAIA), Rabitə, Kosmos və Texnologiyalar Komissiyası (CST) və "KAPSARC"da görüşlər keçirib. Səudiyyə tərəfi Azərbaycanın rəqəmsal sənəd dövriyyəsi həllərinə xüsusi maraq göstərib.

Bu, DCO platforması daxilində iki istiqamətli əməkdaşlıq üçün hazır baza deməkdir: Azərbaycan Səudiyyənin data, AI və rəqəmsal dövlət təcrübəsindən faydalana, eyni zamanda, öz “mygov”, SİMA, Digital Bridge və digər həllərini üzv ölkələrə təqdim edə bilər. Azərbaycanın DCO Baş Assambleyasında bu məhsulları təqdim etməsi artıq başlamış prosesdir.

"Rəqəmsal İpək Yolu" qovşağına çevrilmə hədəfi

DCO üzvlüyü Azərbaycana həmin qaydaların formalaşdırılmasında birbaşa iştirak etmək fürsəti tanıyır. Şübhəsiz ki, bu üzvlüyün əsas potensial üstünlüyü texnologiyanı xaricdən sadəcə “almaq” deyil. Daha strateji məqsəd Azərbaycanın malik olduğu insan kapitalını və artıq formalaşdırdığı rəqəmsal imkanları bəzi üzv ölkələrin maliyyə kapitalı, bilik və texnoloji təcrübəsi ilə birləşdirərək yeni regional əməkdaşlıq modeli yaratmaqdır.

Azərbaycanın DCO-ya üzvlüyü ölkənin Qafqaz regionunda rəqəmsal iqtisadiyyat mərkəzinə çevrilməsi yolunda mühüm addımdır. Təşkilatın ilk dəfə Qafqaza açılması Azərbaycana regionda rəqəmsal əməkdaşlığın koordinatoru rolunu oynamaq imkanı yaradır. Bu, həm milli rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, həm də iqtisadi diversifikasiya strategiyasının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Nəhayət, coğrafi baxımdan Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi onu Mərkəzi Asiya, Qafqaz və Körfəz bölgəsi arasında rəqəmsal əlaqələndirici rolunu oynamağa hazırlayır - məhz bu üç regionun DCO-ya paralel qoşulması təsadüfi deyil, ortaq rəqəmsal dəhlizin formalaşmasına işarədir. Buna görə də Azərbaycanın DCO-ya tamhüquqlu üzvlüyü ölkəmizin Şərq və Qərb arasında təkcə fiziki nəqliyyat və enerji koridoru deyil, "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) qovşağına çevrilməklə bağlı strateji hədəfini gerçəkləşdirəcək".

Məqalədə: #Azərbaycan #Səudiyyə Ərəbistanı #Süni intellekt #Cənubi Qafqaz #Orta Dəhliz #Ər-Riyad #rəqəmsal iqtisadiyyat #Rasim Abdulla #Rəqəmsal Əməkdaşlıq Təşkilatı #Rəqəmsal İpək Yolu

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Suriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İqtisadiyyat

Azərbaycan və Suriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

20:19
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

13 Sentyabr 20:06
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13 Sentyabr 13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47

Son Xəbərlər

Səudiyyə Ərəbistanında açıq havada günorta saatlarında iş qadağası başa çatıb
Səudiyyə Ərəbistanında açıq havada günorta saatlarında iş qadağası başa çatıb
21:57
ABŞ bazalarına dəyən zərər “aysberqin görünən hissəsidir” - Abbas Əraqçi
ABŞ bazalarına dəyən zərər “aysberqin görünən hissəsidir” - Abbas Əraqçi
21:50
Omanda 9,6 meqavatlıq nəhəng külək turbini quraşdırılıb
Omanda 9,6 meqavatlıq nəhəng külək turbini quraşdırılıb
21:45
Əhməd əş-Şaraa BƏƏ rəhbərliyi ilə Suriyanın gələcəyini müzakirə edib
Əhməd əş-Şaraa BƏƏ rəhbərliyi ilə Suriyanın gələcəyini müzakirə edib
21:44
Ərəb moda evləri “Emmy” mükafatlarında diqqət mərkəzinə düşüb
Ərəb moda evləri “Emmy” mükafatlarında diqqət mərkəzinə düşüb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.