7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Redaktorun seçimi
Redaktorun seçimi

Birinci Qarabağ müharibəsi iştirakısı reper - Hüseyin Dərya haqqında nə bilirik?

Azərbaycan rep musiqisinin tanınmış nümayəndələrindən biri olan Hüseyn Dərya həm yaradıcılığı, həm də Birinci Qarabağ müharibəsində iştirakı ilə yadda qalan sənətkarlardandır. Musiqi fəaliyyəti ərzində müxtəlif janrları bir araya gətirən ifaçı Azərbaycan repinin inkişafına mühüm töhfələr verib.

6 İyul 2026 15:12
Birinci Qarabağ müharibəsi iştirakısı reper - Hüseyin Dərya haqqında nə bilirik?

BAKI,VOA Orxan Qədirzadə

Azərbaycan rep musiqisinin tanınmış nümayəndələrindən biri olan Hüseyn Dərya həm yaradıcılığı, həm də Birinci Qarabağ müharibəsində iştirakı ilə yadda qalan sənətkarlardandır. Musiqi fəaliyyəti ərzində müxtəlif janrları bir araya gətirən ifaçı Azərbaycan repinin inkişafına mühüm töhfələr verib.

Hüseyn Dərya (Hüseyn Cahangir oğlu Muradov) 29 iyun 1975-ci ildə Bakının Bakıxanov qəsəbəsində anadan olub. Atası Laçından, anası isə Kəlbəcərdən olan, eyni zamanda Ermənistan azərbaycanlısı ailəsində böyüyən sənətkar ilk təhsilini Nərimanov rayonundakı 4 nömrəli fars təmayüllü məktəbdə alıb. Həmin məktəbdə oxuduğu illərdə şeir və vəznə marağı formalaşıb.

Sonradan Bakı Dövlət Universitetinə qəbul olunsa da, ali təhsilini davam etdirməyərək Birinci Qarabağ müharibəsinə yollanıb. O, dörd il iki ay hərbi xidmət keçərək döyüşlərdə iştirak edib.

Hüseyn Dərya peşəkar musiqi fəaliyyətinə 2000-ci ildən başlayıb. O, Azərbaycan rep musiqisinin geniş auditoriyaya çatdırılmasında önəmli rol oynayıb və yaradıcılığı dövründə müğənnilər Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim və digər sənət adamları ilə birgə layihələr həyata keçirib.

İfaçının diskoqrafiyasına üç studiya albomu daxildir. Onun ilk albomu "2 Həyat" 2002-ci ildə işıq üzü görüb. Albomda "Həyat", "Sevmirəm", "Dərviş rep", "Xatirə", "Rep meyxana", "Soy", "Sevən ürəyim", "Məhəlləmiz (Kef elə)", "İnsan" və "Rep-Meyxana" (Remiks) kimi mahnılar yer alıb.

2004-cü ildə təqdim olunan "Keçdi günlər" albomuna isə "Oyan bəxtim", "Dost", "Çingiz Mustafayev", "Rep oxu", "Məktub", "Ay Can-Ay Can", "Sənsən", "Kişi kimi", "Çal-Çağır", "Kim Kimdir?", "Bir göz qırpımında" və "Zəfər nəğməsi" daxil edilib. Albomdakı "Oyan bəxtim" mahnısı İlhamə Quliyeva ilə duet şəklində ifa olunub.

Hüseyn Dərya yaradıcılığı dövründə bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb.

2014-cü il martın 14-də gecə saatlarında Bakının Xəzər rayonu ərazisində idarə etdiyi "Opel Astra" markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Ağır xəsarət alan sənətkar xəstəxanaya çatdırılsa da, martın 15-də səhər saatlarında vəfat edib.

Hüseyn Dərya doğulub boya-başa çatdığı Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.

Azərbaycan rep musiqisinin formalaşmasında mühüm rol oynayan Hüseyn Dərya özünəməxsus ifa tərzi, vətənpərvərlik mövzulu əsərləri və fərqli yaradıcılıq üslubu ilə ölkənin musiqi tarixində iz qoymuş sənətkarlardan biri hesab olunur.

Məqalədə: #Birinci Qarabağ müharibəsi #Azərbaycan Musiqisi #Hüseyn Dərya #Azərbaycan repi #Azərbaycan repçisi #Hüseyn Dərya həyatı #Hüseyn Dərya bioqrafiyası #Hüseyn Dərya albomları #2 Həyat albomu #Keçdi günlər albomu #rep #repçilər

Mövzu üzrə digər xəbərlər

Azərbaycan hip-hopu: Çingiz Mustafayevdən müasir rep dalğasına qədər
Maraqlı faktlar

Azərbaycan hip-hopu: Çingiz Mustafayevdən müasir rep dalğasına qədər

26 İyul 19:00
Türk rep səhnəsinin yüksələn ulduzu - BLOK3 haqqında nə bilirik?
Redaktorun seçimi

Türk rep səhnəsinin yüksələn ulduzu - BLOK3 haqqında nə bilirik?

20 İyul 15:21
Azərbaycan və Ərəb dünyasının iki nəhəng vokal ustadı
ArabLyrics

Azərbaycan və Ərəb dünyasının iki nəhəng vokal ustadı

18 İyul 07:41
Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib
Cəmiyyət

Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının möhtəşəm açılışı keçirilib

14 May 21:14

Son Xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.