5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Şimali Afrika Misir
Misir

Qəzzada 60 günlük atəşkəs razılaşması üzərində işləyirik - Misir

İsrailin hücumları altında Qəzza zolağında atəşkəsin yaradılması üçün aparılan danışıqlarda vasitəçi ölkələrdən biri olan Misir, "Qəzza zolağında 60 günlük atəşkəsi əhatə edən razılaşma üzərində iş aparıldığını" açıqlayıb.

30 İyun 2025 13:53
Qəzzada 60 günlük atəşkəs razılaşması üzərində işləyirik - Misir

BAKI, AzerVoice

İsrailin hücumları altında Qəzza zolağında atəşkəsin yaradılması üçün aparılan danışıqlarda vasitəçi ölkələrdən biri olan Misir, "Qəzza zolağında 60 günlük atəşkəsi əhatə edən razılaşma üzərində iş aparıldığını" açıqlayıb.

AzerVoice xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdülati, ölkəsində yayımlanan "ON" televiziya kanalına verdiyi açıqlamada İsrailin hücumları altındakı Qəzzədə atəşkəslə bağlı danışıb.

Əbdülati, ABŞ və Qətərlə yanaşı Misirin də vasitəçilik etdiyi Qəzzədəki atəşkəs danışıqlarına toxunaraq “Hazırda təklif edilən və üzərində çalışdığımız plan, Qəzzədə 60 günlük bir atəşkəs qarşılığında bəzi israilli əsirlərin azad edilməsini nəzərdə tutur.” - deyə qeyd edib.

Nazir Qəzzəyə ən qısa zamanda humanitar yardım və tibbi ləvazimat çatdırılmasının vacibliyini vurğulayaraq bildirib ki, bu reallaşarsa, “atəşkəsin davamlılığı üçün lazımi dinamikanın əldə ediləcəyi” və bununla da 19 yanvarda imzalanan atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidin mümkün olacağı ümid edilir.

Əbdülati atəşkəsin gələcəyi ilə bağlı belə deyib:
“Davamlı həll və sabit atəşkəs arzulayırıq. Hal-hazırda danışdığımız məsələ bunun ilk addımıdır.”

Nazir həmçinin ABŞ-ın Qəzzədəki münaqişənin həlli üçün "əhatəli bir baxış ortaya qoyduğunu" deyərək, ABŞ Prezidenti Donald Trampın bu mövzudakı baxışını təqdir etdiyini bildirib.

Əbdülati əlavə edib ki, İsraillə İran arasındakı atəşkəsdən sonra ABŞ diqqətini Qəzzədə atəşkəsə yönəldib və “gələcəkdə hər hansı bir razılaşmanın atəşkəsin davamlılığı üçün kifayət qədər zəmanətlər içerməli olduğu anlayışını” qəbul etdiyini vurğulayıb.

O, İsrailin atəşkəsdən sonra Qəzzəyə yenidən hücum etməməli olduğunu bildirərək deyib:
“Əgər İsrail razılaşmadan sonra Qəzzəyə hücumlarını yenidən başlatsa, bu, bölgədə böyük bir təhdid və sabitliksizlik mənbəyinə çevriləcək.”

İsrail mediası isə iddia edib ki, ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu “Qəzzədə iki həftə ərzində atəşkəsin təmin olunması” mövzusunda razılığa gəliblər.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Misir #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzza sakinlərinin köçü

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
18:12
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
18:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.