5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Energetika
Energetika

Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

Görüşdə Azərbaycanın neft hasilatı sahəsində tarixi təcrübəsi, təbii qazın təchizatçısı kimi enerji təhlükəsizliyində mühüm rolu, həmçinin bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin elektrik enerjisi, fiber-optik və hidrogen komponentlərindən bəhs edilib. Həmçinin məlumat mərkəzlərinin yaradılması və onların elektrik enerjisi ilə təchizatı, bu sahəyə investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.

17 Dekabr 2025 16:16
Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

BAKI,AzerVoice

Energetika naziri Pərviz Şahbazov və Oman Sultanlığının iqtisadiyyat naziri Said bin Mohammed bin Ahmed Al Saqri arasında görüş keçirilib.

AzerVoice xəbər verir ki, görüşdə Azərbaycanın neft hasilatı sahəsində tarixi təcrübəsi, təbii qazın təchizatçısı kimi enerji təhlükəsizliyində mühüm rolu, həmçinin bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin elektrik enerjisi, fiber-optik və hidrogen komponentlərindən bəhs edilib. Həmçinin məlumat mərkəzlərinin yaradılması və onların elektrik enerjisi ilə təchizatı, bu sahəyə investisiyaların təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Omanın neft və qaz sahəsinə davamlı investisiyaları qeyd olunub. Bu sektorun həm Oman, həm də dünya üçün uzun müddət əhəmiyyətini saxlayacağı vurğulanıb. Bildirillib ki, Oman mayeləşdirilmiş təbii qaz (LNG) istehsalına investisiya edir və bu sahədə regionun əsas ixracatçılarından biri olmağı hədəfləyir. Həmçinin ölkədə artıq dörd böyük günəş sənaye parkı fəaliyyət göstərir və hədəf 2040-cı ilə qədər enerji ehtiyaclarının 40%-ni bərpa olunan mənbələrdən təmin etməkdir. Omanın 2030-cu ilə qədər 1 milyon ton “yaşıl hidrogen” istehsalını planlaşdırdığı qeyd olunub.

Görüşdə iki ölkə arasında neft və qaz sektorunda imzalanmış sənədlər çərçivəsində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, günəş panelləri və külək turbinlərinin istehsalı, habelə bütün enerji sektoru üzrə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb.

Azərbaycan Oman enerji əməkdaşlığı Pərviz Şahbazov Said Al Saqri görüşü Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi Oman LNG ixracı və yaşıl hidrogen Azərbaycan bərpa olunan enerji ixracı günəş və külək enerjisi istehsalı əməkdaşlıq

azərbaycan oman enerji təhlükəsizliyi əməkdaşlığı omanın lng və yaşıl hidrogen strategiyası xəzər qara dəniz avropa yaşıl enerji dəhlizi layihəsi bakı maskat enerji investisiyaları

Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər
Məqalədə: #Azərbaycan #Pərviz Şahbazov #Energetika Nazirliyi #Oman #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #İkitərəfli münasibətlərin inkişafı #enerji əməkdaşlığı #ikitərəfli görüş

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.