7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Tarixdə bu gün - 4 noyabr

2020 44 güünlük vətən müharibəsi. Prezident İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verdi. Ermənistanın zenit qurğusu sıradan çıxarıldığının videogörüntüsü yayıldı. Erməni kapitan Ando Qrikoryan hərəkət etdiyi UAZ-la birlikdə məhv edildi.

4 Noyabr 2025 01:05
Tarixdə bu gün - 4 noyabr

BAKI. AzerVoice

1875 Selanikdə qadınlar üçün "Ayinə" jurnalı nəşrə başladı.

1879 ABŞ-li Ceyms J. Ritti, kassa aparatını inkişaf etdirdi.

1909 Bağdad Dəmiryolları çərçivəsində inşa edilən Haydarpaşa Dəmiryolu Stansiyası təntənəli mərasimlə açıldı.

1922 Son Osmanlı hökuməti (Təvfiq Paşa kabineti) istefa verdi.

1922 Osmanlı dövlətinin rəsmi qəzeti "Takvimi Vakayi" nəşrini dayandırdı.

1922 İngilis arxeoloq Hovard Karter və komandası, Tutanxamonun məzarını kəşf etdi.

1933 Yunanıstan hökuməti Mustafa Kamal Paşanın doğulduğu evə xatirə lövhəsi yerləşdirdi. Lövhədə "Türk millətinin böyük islahatçısı və Balkan ittifaqının dəstəkçisi Qazi Mustafa Kamal bu evdə dünyaya gəlmişdir." yazılmışdı.

1937 Mark Tven Cəmiyyəti Atatürkə medalla təltif etdi.

1940 İngiltərə Kriti işğal etdi.

1946 Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) quruldu.

1947 Bolqarıstan Xalq Respublikası elan edildi.

1950 Avropa İnsan Hüquqları Konvensiyası və Regional və Azlıqlar Dilləri Avropa Xartiyası qəbul edildi.

1950 Türkiyə, Avropa İnsan Hüquqları Bəyannaməsini imzaladı.

1951 Türkiyədə ibtidai məktəblərdə din dərsi tədris proqramına daxil edildi.

1956 Sovet qüvvələri Macarıstana daxil oldu.

1969 Türkiyədə Respublika Senatı, 27 may 1960 tarixində siyasi hüquqları əlindən alınan Demokrat Partiya üzvlərinin hüquqlarını geri verdi.

1972 İsmet İnönü CHP-dən istefa etdi.

1977 Birləşmiş Millətlər Cənubi Afrika Respublikasına silah satışını qadağan etdi.

1979 Tehrandakı ABŞ səfirliyini işğal edən Xomeyni tərəfdarları səfirlik işçilərini girov götürdü.

1979 Almaniya Yaşıllar Partiyası quruldu.

1980 ABŞ-də Respublikaçı namizəd Ronald Reyqan prezident seçildi.

1981 Türkiyədə Milli Təhlükəsizlik Şurası Ali Təhsil Qanununu təsdiqlədi. Daha sonra bu qanuna əsasən YÖK (Ali Təhsil Şurası) quruldu.

1992 ABŞ-də Demokrat namizəd Bill Klinton prezident seçildi.

1993 Türkiyənin təqaüdçü mayoru Ahmet Cem Erseverin cəsədi tapıldı.

1995 İzmir şəhərində sel fəlakəti: 65 nəfər öldü, yüzdən çox yaralı.

2007 TBMM 13 oktyabr 2006 tarixli iclasında 4 noyabr 2007 bazar günü ümumi seçkilərin keçirilməsinə qərar verdi.

2008 ABŞ-də Demokrat namizəd Barak Obama prezident seçildi və ABŞ-ın ilk qaradərili prezidenti oldu.

2009 Rusiyanın Perm şəhərindəki gecə klubunda atəşfəşanlıq nəticəsində baş verən yanğında 109 nəfər həlak oldu.

2020 44 güünlük vətən müharibəsi. Prezident İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verdi. Ermənistanın zenit qurğusu sıradan çıxarıldığının videogörüntüsü yayıldı. Erməni kapitan Ando Qrikoryan hərəkət etdiyi UAZ-la birlikdə məhv edildi.

Məqalədə: #Tarixdə bu gün

Mövzu üzrə digər xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Tarixdə bu gün

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı

06:00
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 7 Sentyabr

00:01
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

6 Sentyabr 00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 6 Sentyabr

6 Sentyabr 00:01

Son Xəbərlər

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
11:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.