11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün BMT-nin ilk iclası keçirildi

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) ilk Baş Assambleyası keçirilib. 51 dövləti təmsil edən nümayəndələr İngiltərənin paytaxtı Londonda, Vestminster Mərkəzi Zalında bir araya gəlib. İlk iclasdan bir həftə sonra BMT Təhlükəsizlik Şurası da ilk dəfə toplaşaraq öz fəaliyyət qaydalarını müəyyənləşdirib. Ardınca, 24 yanvar tarixində Baş Assambleya ilk qətnaməsini qəbul edib. Həmin sənəd atom enerjisindən dinc məqsədlərlə istifadəni, həmçinin atom və digər kütləvi qırğın silahlarının ləğvini nəzərdə tutan çağırışları əhatə edib.

10 Yanvar 2026 00:10
Bu gün BMT-nin ilk iclası keçirildi

BAKI, AzerVoice, Orxan Qədirzadə

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) ilk Baş Assambleyası keçirilib. 51 dövləti təmsil edən nümayəndələr İngiltərənin paytaxtı Londonda, Vestminster Mərkəzi Zalında bir araya gəlib.

İlk iclasdan bir həftə sonra BMT Təhlükəsizlik Şurası da ilk dəfə toplaşaraq öz fəaliyyət qaydalarını müəyyənləşdirib. Ardınca, 24 yanvar tarixində Baş Assambleya ilk qətnaməsini qəbul edib. Həmin sənəd atom enerjisindən dinc məqsədlərlə istifadəni, həmçinin atom və digər kütləvi qırğın silahlarının ləğvini nəzərdə tutan çağırışları əhatə edib.

BMT-nin yaradılmasının əsası hələ 1944-cü ildə Vaşinqtonda keçirilən Dumbarton Ouks konfransında qoyulmuşdu. Müttəfiq dövlətlərin nümayəndələri İkinci Dünya müharibəsindən sonrakı dövrdə sülh və təhlükəsizliyin qorunması üçün beynəlxalq təşkilatın yaradılması üzərində razılığa gəlmişdilər. Yeni qurumun, müharibənin qarşısını almaqda uğursuz olmuş Millətlər Liqasından fərqli olaraq, üzv dövlətlər üzərində daha geniş səlahiyyətlərə malik olması planlaşdırılırdı.

1945-ci ilin aprelində, Avropada qələbə bayramlarına hazırlıq getdiyi bir vaxtda, 51 ölkənin nümayəndələri San-Fransiskoda toplaşaraq BMT Nizamnaməsini hazırlayıblar. Sənəd 26 iyun 1945-ci ildə imzalanıb və 24 oktyabrda Təhlükəsizlik Şurasının beş daimi üzvü və digər ölkələrin əksəriyyəti tərəfindən ratifikasiya edilib.

Məhz bu tarix sonradan BMT Günü kimi qeyd olunmağa başlanıb və təşkilat qlobal sülh, təhlükəsizlik və beynəlxalq əməkdaşlığın əsas platformasına çevrilib.

BMT-nin ilk iclası London, 51 ölkə ilk Baş Assambleyada, BMT tarixinin başlanğıcı, BMT Nizamnaməsi San-Fransisko, qlobal sülh üçün beynəlxalq təşkilat, tarixdə bu gün BMT

Məqalədə: #Bu gün BMT-nin ilk iclası keçirildi #51 ölkə BMT-nin ilk Baş Assambleyasında bir araya gəldi #BMT tarixinin başlanğıcı: ilk iclas Londonda keçirildi #Qlobal diplomatiyada yeni dövr: BMT-nin ilk toplantısı #Tarixdə bu gün: Birləşmiş Millətlər Təşkilatının ilk iclası #Birleşmiş Milletler’in ilk toplantısı yapıldı #BM Genel Kurulu ilk kez toplandı #51 ülke BM’nin ilk oturumunda bir araya geldi #Tarihte bugün: Birleşmiş Milletler’in ilk toplantısı #BM’nin kuruluş sürecinde tarihi ilk adım

Mövzu üzrə digər xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Tarixdə bu gün

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt

00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 11 sentyabr

00:01
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Tarixdə bu gün

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü

10 Sentyabr 00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 10 Sentyabr

10 Sentyabr 00:01

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.