7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Döyüş meydanının ən vahiməli süvariləri: Osmanlının “Dəlilər” birliyi

Dəlilər XV əsrin sonlarında Rumelidə meydana çıxmış, düşmənə qarşı göstərdikləri igidlik və ölümə meydan oxuyan davranışları ilə tarixdə xüsusi yer qazanmışdılar. “Yazılan gələr başa” deyərək taleyi qəbul edən bu döyüşçülər heyvan dərilərindən tikilmiş geyimləri, fövqəladə bəzədilmiş atları və kürəklərinə taxdıqları qartal qanadları ilə təkcə gücləri və cəsarətləri ilə deyil, zahiri görkəmləri ilə də savaş ikonuna çevrilmişdilər. Onlar düşməni yalnız qılıncla deyil, görünüşləri və psixoloji təsirləri ilə də sarsıdırdılar.

7 Mart 2026 05:00
Döyüş meydanının ən vahiməli süvariləri: Osmanlının “Dəlilər” birliyi

BAKI, VOA, Orxan Qədirzadə

Dəlilər XV əsrin sonlarında Rumelidə meydana çıxmış, düşmənə qarşı göstərdikləri igidlik və ölümə meydan oxuyan davranışları ilə tarixdə xüsusi yer qazanmışdılar.

“Yazılan gələr başa” deyərək taleyi qəbul edən bu döyüşçülər heyvan dərilərindən tikilmiş geyimləri, fövqəladə bəzədilmiş atları və kürəklərinə taxdıqları qartal qanadları ilə təkcə gücləri və cəsarətləri ilə deyil, zahiri görkəmləri ilə də savaş ikonuna çevrilmişdilər. Onlar düşməni yalnız qılıncla deyil, görünüşləri və psixoloji təsirləri ilə də sarsıdırdılar.

Osmanlı dövləti XIII əsrin sonlarından etibarən Anadoluda yüksələn bir siyasi güc kimi tarix səhnəsinə çıxdı. Osman Qazinin rəhbərliyi ilə kiçik bəylikdən böyük dövlətə çevrilən Osmanlılar XIV-XV əsrlərdə Balkanlara doğru sürətlə irəlilədilər. Bu dövrdə yaya və müsəlləm birlikləri, yeniçərilər kimi elit hissələr formalaşdı.

Dəlilər də xüsusilə XV əsrin sonlarında Rumelidə meydana çıxaraq Osmanlı ordusunun ən təsirli hissələrindən birinə çevrildilər. Onlar cəsarətləri, qorxusuzluqları və qeyri-adi taktikaları ilə tanınırdılar. Xüsusən Balkan döyüşlərində və sərhəd bölgələrində mühüm rol oynayırdılar.

Əslində Osmanlı dövləti onlara “dəlil”, yəni yol göstərən, öncü mənasını verən ad verirdi. Lakin xalq arasında onlar “dəli” adı ilə məşhurlaşmış və tarixə də bu adla düşmüşdülər.

Döyüş meydanındakı funksiyaları

Dəlilər ordunun ön sıralarında yer alırdı. Onların əsas məqsədi düşmən sıralarını pozmaq, qarşı tərəfi xaosa sürükləmək və Osmanlının daha təlimli əsas qüvvələrinin itkisini azaltmaq idi. Yəni onlar həyatlarını gözə alaraq ən təhlükəli hücumları həyata keçirirdilər.

Onların vəzifələrindən biri də mümkün qədər çox canlı əsir tutmaq, onlardan düşmən haqqında məlumat almaq idi. Bu səbəbdən Dəlilərin döyüş üslubu klassik hərb qaydalarından xeyli fərqlənirdi.

Tarixi mənbələrdə onların haqqında çoxsaylı rəvayətlər yer alır. XVII əsr tarixçisi İbrahim Peçəvinin yazdığına görə, bir Dəli döyüşçü savaşda öldürüldükdən sonra sanki yenidən dirilərək döyüşməyə davam etmişdi. Belə hekayələr düşmən arasında onların qorxunc şöhrətini daha da artırırdı.

Dəlilər ocağına qəbul

Dəlilər ocağına daxil olmaq asan deyildi. Namizəddə ilk növbədə güclü fiziki quruluş və böyük cəsarət tələb olunurdu. Bu keyfiyyətlər həmin dövrdə döyüşçülüyün və kişiliyin ideal göstəricisi sayılırdı.

Namizəd əvvəlcə “zobu” adlanan mərhələdə ocaq ağasının yanında xidmət edir, ocağın qayda-qanunlarını öyrənirdi. Bu, bir növ şagirdlik dövrü idi. Daha sonra namizədlər daha yüksək pilləyə keçərək daha çox məsuliyyət götürürdülər.

Dəli olmaq istəyən şəxs fiziki qabiliyyətini sübut etdikdən sonra döyüş meydanında da özünü təsdiqləməli idi. Məhz real müharibələrdə göstərdiyi igidlik sayəsində ocağa qəbul olunurdu. Rəvayətlərə görə, bəzi hallarda namizəddən ən azı səkkiz-on düşmən əsgərini məhv etməsi gözlənilirdi. Uğur qazananlar “dəli qalpağı” geyinir, and içərək ocağa qəbul edilirdilər.

Silahları

Dəlilərin istifadə etdikləri silahlar onların döyüş ruhunu və hərbi ustalığını əks etdirirdi.

Ən mühüm silahlarından biri qılınc idi. Qılınc Osmanlı döyüşçüsünün əsas silahı sayılırdı və Dəlilər də bu ənənəni davam etdirirdilər.

Onlar həmçinin döyüş baltasından istifadə edirdilər. Bu silah həm ağır, həm dağıdıcı idi. Baltalar heyvan dəriləri, tüklər və digər bəzəklərlə birlikdə istifadə olunanda Dəlilərin qorxuducu görünüşünü daha da artırırdı.

Mizraq da Dəlilərin vacib silahlarından idi. Mizraqlar qalın, möhkəm və adi Osmanlı mızraqlarından daha uzun olurdu. Bəzi mənbələrdə onların ayı və canavar dəriləri ilə bayraqlarla bəzədildiyi qeyd olunur.

Bundan başqa, Dəlilər döyüş çəkici, gürz və bozdoğan kimi silahlardan da istifadə edirdilər. Bu silahlar zirehli düşmənlərə qarşı xüsusilə təsirli idi. Onlar at üstündə gedərkən belə bu silahları böyük ustalıqla işlədə bilirdilər.

Geyimləri və görünüşləri

Dəliləri fərqləndirən əsas cəhətlərdən biri də geyim və aksessuarları idi. Onların ən diqqətçəkən bəzəyi qartal lələklərindən hazırlanan iri qanadlar idi. Bu qanadlar reallıqdan uzaq, şişirdilmiş və vəhmli görünürdü. Məqsəd döyüş meydanında daha qorxunc və yaddaqalan təsir yaratmaq idi.

Qartal simvolu qədim türk dövlət ənənəsində mühüm yer tuturdu. Buna görə də qartal qanadları Dəlilər üçün sadəcə bəzək yox, həm də simvolik mənaya malik idi.

Onların atları da güclü, sürətli və uzun məsafələrə davamlı olurdu. Atlar aslan, pələng, tülkü kimi heyvanların dəriləri ilə bəzədilir, beləliklə, həm döyüşçü, həm də at birlikdə vahiməli bir görüntü yaradırdı.

Varna və Mohaçda göstərdikləri qəhrəmanlıq

Dəlilər ilk dəfə böyük ölçüdə Varna döyüşündə tanındılar. Lakin onların şöhrətinin zirvəsi 1526-cı ildə Moxaç döyüşündə yaşandı.

Moxaç döyüşü Osmanlı tarixinin dönüş nöqtələrindən biri idi. Sultan Süleymanın rəhbərlik etdiyi Osmanlı ordusu Macar krallığı və Avropa qüvvələrinə qarşı böyük qələbə qazandı. Bu döyüşdə Dəlilər öz cəsarətləri, sürətləri və düşmənə qorxu salan hücumları ilə seçildilər.

Minyatürlərdə və dövrün qaynaqlarında Dəlilərin Macar əsgərləri ilə amansız döyüşləri təsvir olunur. Xüsusilə Dəli Hüseyn, Dəli Sinan kimi döyüşçülərin fərdi igidlikləri diqqət çəkir.

Macar qüvvələri Sultan Süleymanın olduğu istiqamətə doğru irəliləməyə başlayanda Osmanlının ön dəstələri, o cümlədən Dəlilər, bu hücumun qarşısını almaqda mühüm rol oynadılar. Onların atılqanlığı və insanüstü performansı döyüşün taleyinə təsir etdi.

Mohxaç döyüşü Osmanlı imperiyasının Avropadakı nüfuzunu daha da artırdı və Dəlilərin adı qəhrəmanlıqla yanaşı çəkilməyə başladı.

Dəlilər Osmanlı tarixinin ən fərqli və ən parlaq hərbi birliklərindən biri idi. Onlar yalnız cəsur döyüşçülər deyil, eyni zamanda psixoloji savaşın ustaları, görünüşləri ilə düşməni qorxudan, döyüş meydanında sürət və təzyiq yaradan bir qüvvə idilər.

Varna döyüşündən Moxaça qədər uzanan bu tarix göstərir ki, Dəlilər sadəcə Osmanlı hərb sisteminin bir hissəsi olmayıb, həm də dünya savaş tarixində özünəməxsus iz qoymuş bir döyüşçü ənənəsinin daşıyıcıları olublar.

Osmanlı deliler birliyi tarix Osmanlı ordusu döyüşçülər Mohaç Varna süvari Osmanlı deliler birliği tarih Osmanlı ordusu savaşçılar Mohaç Varna süvari Ottoman deliler warriors Ottoman army history Mohacs Varna cavalry warriors Османские делилеры воины Османская армия история Мохач Варна кавалерия العثمانيون الدلائل محاربون الجيش العثماني تاريخ موهاج فارنا فرسان guerriers ottomans deliler armée ottomane histoire Mohacs Varna cavalerie osmanische Deliler Krieger Osmanisches Reich Armee Mohacs Varna Kavallerie guerreros otomanos Deliler ejército otomano historia Mohacs Varna caballería guerrieri ottomani Deliler esercito ottomano storia Mohacs Varna cavalleria guerreiros otomanos Deliler exército otomano história Mohacs Varna cavalaria 奥斯曼 帝国 战士 Deliler 军队 历史 莫哈奇 瓦尔纳 骑兵 オスマン 帝国 戦士 デリレル 軍 歴史 モハーチ ヴァルナ 騎兵 오스만 제국 전사 델릴러 군대 역사 모하치 바르나 기병 उस्मानी साम्राज्य योद्धा डेलिलर सेना इतिहास मोहाच वरना घुड़सवार جنگجویان عثمانی دلی لر ارتش عثمانی تاریخ موهاچ وارنا سواره نظام عثمانی جنگجو دلی لر عثمانی فوج تاریخ موہاچ وارنا سوار Османські воїни делілери османська армія історія Мохач Варна кавалерія wojownicy osmańscy Deliler armia osmańska historia Mohacz Warna kawaleria războinici otomani Deliler armata otomană istorie Mohacs Varna cavalerie Ottomaanse Deliler krijgers Ottomaans leger geschiedenis Mohacs Varna cavalerie Οθωμανοί πολεμιστές Deliler οθωμανικός στρατός ιστορία Μοχάτς Βάρνα ιππικό османски воини Делилери османска армия история Мохач Варна кавалерия osmanski ratnici Deliler osmanska vojska istorija Mohac Varna konjica oszmán Deliler harcosok oszmán hadsereg történelem Mohács Varna lovasság osmanští válečníci Deliler osmanská armáda historie Moháč Varna jízda osmanskí bojovníci Deliler osmanská armáda história Moháč Varna jazda ottomanska krigare Deliler osmanska armén historia Mohacs Varna kavalleri osmanske krigere Deliler osmansk hær historie Mohacs Varna kavaleri osmanniske krigere Deliler osmannisk hær historie Mohacs Varna kavaleri osmanien soturit Deliler osmanien armeija historia Mohacs Varna ratsuväki pejuang Ottoman Deliler tentara Ottoman sejarah Mohacs Varna kavaleri chiến binh Ottoman Deliler quân đội Ottoman lịch sử Mohacs Varna kỵ binh

Məqalədə: #Osmanlı tarixinin ən qorxusuz döyüşçüləri: Dəlilər birliyi #Kartal qanadlı əfsanəvi döyüşçülər: Osmanlının Dəliləri #Varna və Mohaç döyüşlərinin qorxusuz qəhrəmanları #Osmanlı ordusunun ön dəstəsi: Dəlilər ocağı #Döyüş meydanının ən vahiməli süvariləri #Tarixə damğa vuran Osmanlı döyüşçüləri #Osmanlı ordusunun en korkusuz savaşçıları: Deliler

Mövzu üzrə digər xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Tarixdə bu gün

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları

00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 7 Sentyabr

00:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam və Tarix

İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri

6 Sentyabr 12:00
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Tarixdə bu gün

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?

6 Sentyabr 00:10

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.