4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Tanşan zəlzələsi necə bir milyonluq şəhəri məhv etdi?

7,8-8,2 bal gücündə qeydə alınan zəlzələ təxminən 1 milyon əhalisi olan sənaye şəhərini demək olar ki, tamamilə dağıdıb

28 İyul 2026 03:00
Tanşan zəlzələsi necə bir milyonluq şəhəri məhv etdi?

BAKI, AzerVoice.

1976-cı il iyulun 28-də Çinin Tanşan şəhərində baş verən güclü zəlzələ müasir tarixdə ən çox insan itkisinə səbəb olan təbii fəlakətlərdən biri kimi yadda qalıb. 7,8-8,2 bal gücündə qeydə alınan zəlzələ təxminən 1 milyon əhalisi olan sənaye şəhərini demək olar ki, tamamilə dağıdıb.

Zəlzələ gecə saat 03:42-də, insanların böyük əksəriyyətinin yatdığı vaxt baş verib. Bu amil insan tələfatının daha çox olmasına səbəb olub. Rəsmi məlumatlara görə, Tanşan və ətraf bölgələrdə təxminən 242 min insan həyatını itirib. Bununla da bu hadisə tarixdə ən ölümcül zəlzələlərdən biri hesab olunur.

Elm tarixində daha çox insan itkisi ilə nəticələnən zəlzələlər arasında 1556-cı ildə Çinin Şensi (Shaanxi) əyalətində baş verən və təxminən 830 min insanın ölümünə səbəb olduğu ehtimal edilən zəlzələ, eləcə də 1737-ci ildə Hindistanın Kalkutta bölgəsində baş verdiyi bildirilən və 300 min insanın öldüyü hesab edilən fəlakət göstərilir.

Fəlakətdən əvvəl qeyri-adi hadisələr müşahidə edildi

Çin tektonik baxımdan aktiv bölgədə yerləşir. Hindistan və Sakit okean tektonik plitələri arasında yerləşən ölkə tarix boyu çoxsaylı zəlzələlərə məruz qalıb.

Tanşan zəlzələsindən əvvəl şəhərdə bir sıra qeyri-adi hadisələr müşahidə olunmuşdu. İnsanlar quyulardakı su səviyyəsinin dəyişdiyini, siçovulların gündüz vaxtı kütləvi şəkildə hərəkət etdiyini və toyuqların yeməkdən imtina etdiyini bildirirdilər.

Zəlzələdən əvvəlki gecə isə bəzi sakinlər göydə rəngli işıqlar və güclü parıltılar gördüklərini qeyd etmişdilər. Buna baxmayaraq, fəlakət baş verən anda insanların əksəriyyəti evlərində yatmış vəziyyətdə idi.

23 saniyədə şəhər dağıldı

Zəlzələ cəmi 23 saniyə davam etsə də, Tanşanın 90 faizdən çox binasını dağıdıb.

Təxminən 250 min insanın öldüyü, 160 mindən çox insanın isə yaralandığı bildirilir. Yayın isti vaxtında baş verən zəlzələdən sonra sağ qalan minlərlə insan dağıntılar altından toz və qan içində çıxmağa çalışıb.

Fəlakət nəticəsində şəhərdə yanğınlar başlayıb, zavodlarda partlayıcı maddələr və zəhərli qazlar alovlanıb. Su və elektrik xətləri sıradan çıxıb, dəmir yolu və avtomobil yolları dağıldığı üçün şəhərlə əlaqə kəsilib.

Xilasetmə əməliyyatlarında böyük çətinliklər yaşandı

Çin hökuməti bu miqyasda fəlakətə hazırlıqlı deyildi. Zəlzələdən bir gün sonra helikopter və təyyarələrlə şəhərə ərzaq və tibbi yardım göndərilməyə başlanılıb.

Tanşana təxminən 100 min Çin Xalq Azadlıq Ordusu əsgəri göndərilib. Onların bir hissəsi 300 kilometrdən artıq məsafəni piyada qət etməli olub.

Bölgəyə 30 min tibb işçisi və 30 min tikinti mütəxəssisi cəlb edilib. Lakin xilasetmə qruplarının ağır dağıntılar altından insanları çıxarmaq üçün kifayət qədər xüsusi hazırlığa malik olmaması işləri çətinləşdirib.

Çin hökuməti xarici yardım təkliflərini qəbul etməyib və böhranın ilk günlərində tibbi çatışmazlıq səbəbindən əlavə insan itkiləri baş verib.

Zəlzələdən sonra 160 mindən çox ailə evsiz qalıb, 4 mindən çox uşaq isə valideynlərini itirib.

Tanşan yenidən quruldu

Fəlakətdən sonra Tanşan yenidən inşa edilib və yeni tikililərdə zəlzələyə davamlılıq tədbirləri gücləndirilib.

Hazırda şəhərdə təxminən 2 milyon insan yaşayır. Bununla yanaşı, bəzi mənbələr 1976-cı il zəlzələsində ölənlərin sayının rəsmi açıqlanan 242 mindən daha çox ola biləcəyini iddia edir.

Bəzi Çin mənbələrində qeyri-rəsmi olaraq ölənlərin sayının 500 mindən çox olduğu da qeyd olunur.

Məqalədə: #Tanşan zəlzələsi 1976 #Çində baş verən böyük zəlzələlər #tarixin ən ölümcül zəlzələləri #təbii fəlakətlər tarixi #Çin zəlzələ hadisələri #zəlzələnin insan itkisi #seysmologiya tarixi #zəlzələdən sonra yenidənqurma #təbii fəlakətlərə hazırlıq

Mövzu üzrə digər xəbərlər

Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

00:10
Tarixdə bu gün – 4 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 4 Sentyabr

00:01
Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt
Tarixdə bu gün

Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

3 Sentyabr 03:00
Tarixdə bu gün - 3 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 3 Sentyabr

3 Sentyabr 00:01

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.