7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

Bu gün Xristofor Kolumb İspaniyadan Amerika qitəsinə doğru səfərə çıxdı

Kristofer Asiyaya dəniz yolu tapmaq məqsədilə səfərə başlayıb

3 Avqust 2026 03:00
Bu gün Xristofor Kolumb İspaniyadan Amerika qitəsinə doğru səfərə çıxdı

BAKI,VOA

1492-ci il avqustun 3-də italiyalı səyyah Xristofor Kolumb İspaniyanın Palos limanından Çinə, Hindistana və Asiyanın əfsanəvi qızıl və ədviyyat adalarına qərb dəniz yolu tapmaq məqsədilə tarixi ekspedisiyaya yola düşüb.

Kolumb "Santa Mariya", "Pinta" və "Ninya" adlı üç gəmidən ibarət ekspedisiyaya rəhbərlik edirdi. Səfər təxminən iki ay davam etdikdən sonra, 1492-ci il oktyabrın 12-də ekspedisiya Baham adalarında yerləşdiyi ehtimal edilən Vatlinq adasına çatdı.

Daha sonra Kolumb Kubaya çatdı və buranı materik Çin hesab etdi. Həmin ilin dekabrında isə Hispaniola adasına (indiki Haiti və Dominikan Respublikasının yerləşdiyi ada) endi və buranın Yaponiya ola biləcəyini düşündü. O, burada 39 nəfərlik kiçik məskən yaratdı.

Kolumb 1493-cü ilin martında qızıl, ədviyyatlar və yerli sakinlərdən götürülmüş əsirlərlə İspaniyaya qayıtdı. O, kral sarayında böyük ehtiramla qarşılandı.

Tarixçilərin fikrincə, Kolumb X əsrdə Qrenlandiya və Nyufaundlenddə məskunlaşan vikinqlərdən sonra Amerika qitəsinə çatan ilk avropalı səyyah olub.

Xristofor Kolumb həyatı boyu Amerikaya ümumilikdə dörd ekspedisiyaya rəhbərlik edib. O, Karib hövzəsində bir sıra adaları, Meksika körfəzini, həmçinin Cənubi və Mərkəzi Amerikanın bəzi sahillərini tədqiq etsə də, əsas məqsədi olan Asiyaya qərb dəniz yolunu tapa bilməyib.

Kolumb 1506-cı ildə İspaniyada vəfat edib. O, Avropa üçün "Yeni Dünya" adlandırılan qitənin kəşfinin miqyasını tam dərk etməsə də, onun səfərləri sonrakı əsrdə İspaniyanın dünyanın ən varlı və ən güclü dövlətlərindən birinə çevrilməsində mühüm rol oynayıb.

Məqalədə: #Kuba #Santa Mariya #italiyalı səyyah #Kristofer Kolumb #İspaniyanın Palos limanı #Çinə #Hindistana və Asiyaya dəniz yolu axtarışı #Pinta #Ninya #ekspedisiya #Amerika qitəsinin kəşfi

Mövzu üzrə digər xəbərlər

ABŞ Kubaya qarşı yeni sanksiyalar tətbiq edib
Digər Dövlətlər

ABŞ Kubaya qarşı yeni sanksiyalar tətbiq edib

6 Avqust 19:56
Kubada dəhşətli böhran: Nə işıq var, nə su, nə də dərman
Digər Dövlətlər

Kubada dəhşətli böhran: Nə işıq var, nə su, nə də dərman

11 İyun 10:36
Kuba hökuməti ilə diplomatiya nəticə vermir - Rubio
Digər Dövlətlər

Kuba hökuməti ilə diplomatiya nəticə vermir - Rubio

22 May 11:57
Tramp Kubada Venesuela ssenarisini təkrar etməyə çalışır
Digər Dövlətlər

Tramp Kubada Venesuela ssenarisini təkrar etməyə çalışır

21 May 10:03

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.