7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Hadisə
Hadisə

Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı

Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

25 Dekabr 2024 11:14
Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı

Bakı, AzerVoice

Bakı. Trend:

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

AzerVoice xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Aktauda qəzaya uğradığı əraziyə gəliblər.

"Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası təyyarənin qəzaya uğradığı yerə, Aktauya gəlib. Uçuş zamanı təyyarənin yandığı məlum olub. Xilasedicilər yanğını söndürməyə başlayıb. Hazırda ölənlər barədə məlumat dəqiqləşdirilir; ilkin olaraq sağ qalanların olduğu bildirilir", - deyə nazirliyin məlumatında bildirilir.

Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova bildirib ki, qəza ilə əlaqədar Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində operativ qərargah yaradılıb.

"Aktauda baş verən təyyarə qəzasında ən azı altı nəfər sağ qalıb. Sağ qalan şəxslərin vəziyyəti son dərəcə ağırdır".

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin qəzaya uğradığı yerə çatıblar. Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində respublika operativ qərargahı yaradılıb.

AZAL-dan AzerVoice-ə bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

"Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir".

Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ilkin məlumatlara görə, Aktauda baş verən təyyarə qəzasında 25 nəfər sağ qalıb.

"Təyyarədə ümumilikdə 67 nəfər, o cümlədən 5 ekipaj üzvü olub. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb. Ümumilikdə qəza yerində 150 nəfər şəxsi heyət, 45 texnika, Fövqəladə Hallar Departamenti, Müstəqil Dövlət Yanğınsöndürmə Xidməti və Yol Polisinin qüvvələri cəlb edilib. Sərnişin siyahıları dəqiqləşdirilir", - deyə qurumun məlumatında qeyd olunub.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ilkin məlumatlara əsasən, Aktauda baş verən təyyarə qəzasında 28 nəfər sağ qalıb.

"İlkin məlumata görə, sağ qalan 28 nəfərdən 2-si uşaqdır və onlar xəstəxanaya çatdırılıb", - deyə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Xəbər yenilənəcək

Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı
Məqalədə: #AZAL

Mövzu üzrə digər xəbərlər

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov
Cəmiyyət

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

6 İyul 12:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır

1 İyul 14:16
AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib
Cəmiyyət

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

18 İyun 22:30
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb
Cəmiyyət

AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

17 İyun 18:18

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.