6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Mənfi Düşüncənin Gücü - Nosebo Effekti

Nosebo effekti, bir vəziyyət və ya maddə ilə bağlı mənfi inancların fiziki narahatlıqlara səbəb olmasıdır. Məsələn, təsirsiz bir dərman qəbul etdikdən sonra onun yan təsirlərindən qorxan bir insanın həqiqətən bu təsirləri yaşaması nosebo effektinin tipik nümunəsidir.

21 Dekabr 2024 18:00
Mənfi Düşüncənin Gücü - Nosebo Effekti

Bakı, AzerVoice

Zehni inanclarımızın gücü sağlamlığımıza əhəmiyyətli dərəcədə təsir edir.

Nosebo effekti, bir vəziyyət və ya maddə ilə bağlı mənfi inancların fiziki narahatlıqlara səbəb olmasıdır. Məsələn, təsirsiz bir dərman qəbul etdikdən sonra onun yan təsirlərindən qorxan bir insanın həqiqətən bu təsirləri yaşaması nosebo effektinin tipik nümunəsidir.

Neyropsixoloq Merve Tuğçe Doğru nosebo təsiri ilə bağlı açıqlama verərək, "Nosebo reaksiyaları, klinik sınaqlarda plasebo qəbul edən şəxslərdə müşahidə olunan mənfi təsirlərdir. Bu təsir simptomların pisləşməsinə və tibbi müalicələrə mənfi reaksiyalara səbəb ola bilər. Nosebo effekti, insan beyninin psixoloji inanclar vasitəsilə bədənə necə təsir etdiyini aydın şəkildə göstərir." - deyə bildirib.

Plasebo effekti, müsbət inanclar vasitəsilə insanın yaxşılaşmasını təsvir edir. Məsələn, sadə bir şəkər həbinin ağrını azaltması və ya saxta bir əməliyyatın ağrıları yüngülləşdirməsi beyinin müsbət inanc gücünü nümayiş etdirir. Bunun əksinə olaraq, nosebo effekti mənfi inancların bədənə zərər verə biləcəyini göstərir. Bu təsir, beyindəki dopamin və opioid sistemlərinin tənzimlənməsinə mənfi təsir edir və ürək-damar, immunoloji, eləcə də neyroendokrin sistemlərdə pozulmalara səbəb ola bilər.

Nosebo effekti gündəlik həyatda da müşahidə edilə bilər. Sosial dairəmizdən, ailəmizdən və iş həyatımızdan gələn mənfi fikirlər bizə təsir edir. Merve Tuğçe Doğru bununla bağlı ,
"Mənfi düşüncələrlə dolu bir zehin təkcə emosional deyil, həm də fiziki sağlamlığa zərər verir. Stress və narahatlıq bədən fiziologiyamızı dəyişdirir və həyat keyfiyyətini aşağı salır."- deyə açıqlayıb.

Mütəxəssislər nosebo effektini azaltmaq üçün müsbət düşüncə gücünün artırılmasını tövsiyə edirlər. Bunun üçün bir neçə üsul mövcuddur

Meditasiya
Zehni sakitləşdirmək və mənfi düşüncələri azaltmaq üçün effektiv üsullardır.

Sağlam Yaşam Tərzi
Nizamlı yuxu, balanslı qidalanma və idman zehni və fiziki sağlamlığı dəstəkləyir.

Pozitiv Sosial Əlaqələr
İnsanlarla qurulan sağlam münasibətlər motivasiya mənbəyidir.

Stressin Azaldılması
Mənfi təsirlərin idarə edilməsi və pozitiv yanaşma ilə həyat keyfiyyətini artırmaq mümkündür.

Merve Tuğçe Doğru qeyd edir ki, pozitiv düşüncə insanı depressiyadan çıxara, xəstəliklərin müalicəsini asanlaşdıra bilər. Nosebo effekti isə əks təsir göstərərək bədənə zərər verir.

Nosebo effektini qlobal miqyasda nümayiş etdirən İrlandiya istehsalı Nosebo filmi bu mövzunu diqqət mərkəzinə gətirir. Film, psixoloji gərginlik və mənfi inancların fiziki sağlamlıq üzərindəki təsirlərini əks etdirir. Baş rolları Eva Qrin və Mark Stronq tərəfindən ifa olunan bu triller, nosebo effektinin insan həyatını necə formalaşdıra biləcəyinə dair dərin mesajlar verir.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri
Maraqlı faktlar

Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

30 Avqust 12:00
Kitab oxumağın faydaları haqqında nə bilirik?
Maraqlı faktlar

Kitab oxumağın faydaları haqqında nə bilirik?

21 Avqust 07:56
Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri
Maraqlı faktlar

Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

26 İyul 14:00

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.