9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Pişiklər körpələrdən daha sürətli söz öyrənə bilirlər

Yeni bir elmi araşdırma pişiklərin sözləri müəyyən obyektlərlə əlaqələndirmək qabiliyyətini və bunu körpə uşaqlardan daha sürətli öyrəndiklərini ortaya qoyub.

19 Yanvar 2025 16:52
Pişiklər körpələrdən daha sürətli söz öyrənə bilirlər

Bakı, AzerVoice

Yeni bir elmi araşdırma pişiklərin sözləri müəyyən obyektlərlə əlaqələndirmək qabiliyyətini və bunu körpə uşaqlardan daha sürətli öyrəndiklərini ortaya qoyub.

Yaponiyanın Abazu Universitetindən olan koqnitiv alim Saho Takagi və onun komandası tərəfindən aparılan tədqiqat nəticəsində məlum olub ki, pişiklər insan nitqini dinləməklə, xüsusi təlim olmadan sözləri başa düşməyi öyrənə bilirlər.

"Tapıntılar məni çox təəccübləndirdi. Pişiklər heç bir xüsusi mükafata əsaslanan təlim olmadan insan nitqini dinləyə və sözləri başa düşə bilirlər." - deyə o təccübünü ifa edib.

Tədqiqatçılar pişiklərin dil qabiliyyətlərini ölçmək üçün 1990-cı illərdə 14 aylıq körpələrdə dil inkişafını öyrənmək üçün istifadə edilmiş təcrübədən istifadə ediblər. Həmin təcrübədə körpələr 16-20 təkrardan sonra sözləri obyektlərlə əlaqələndirə bilmişdilər.

Pişiklərin iştirak etdiyi bu araşdırmada isə 31 pişik iki qısa animasiyadan ibarət sınaqdan keçirilib. Hər animasiya ilə birlikdə sahiblərinin söylədiyi uydurma sözlərin audio treki səsləndirilib.

Birinci animasiyada ekranda təkbuynuzlu məxluq göstərilirib və sahibin “keraru” sözü səsləndirilirib. İkinci animasiyada isə qırmızı üzlü günəş təsvir edilərək bu dəfə “parumo” sözü səsləndirilib.

Körpələr üzərində aparılan araşdırmalarda söz-şəkil əlaqəsi yaratmaq üçün hər biri 20 saniyə davam edən ən azı dörd test lazım olub, lakin yeni araşdırma göstərib ki, pişiklər cəmi 9 saniyəlik iki animasiya ilə söz-şəkil əlaqəsini qura bilirlər.

Araşdırmanın ikinci mərhələsində isə pişiklərə düzgün söz-şəkil uyğunluğu təqdim edilməyib. Uyğunsuz söz eşidən pişiklərin göz bəbəklərinin böyüdüyü və ekrana 33 faiz daha çox baxdıqları müşahidə edilib.

Bu tədqiqat göstərir ki, pişiklər insan sözlərini mükafatlandırıcı stimul olmadan da öyrənə bilirlər və bunu çox sürətlə edirlər. Bununla belə, tədqiqatın müəyyən məhdudiyyətləri də var.

Məsələn, 1990-cı illərdə körpələr üzərində aparılan təcrübədə birhecalı sözlərdən istifadə edilmişdi, lakin pişiklər üçhecalı və öz sahiblərinin vurğuladıqları sözləri eşidirdilər. Bu fərq nəticələrin tamamilə müqayisə edilə bilməməsinə səbəb olur.

Əvvəlki araşdırmalar da pişiklərin sosial siqnalları tanıma qabiliyyətinə malik olduğunu ortaya qoymuşdu.

Bu yeni araşdırma isə göstərir ki, pişiklər yalnız adlarını deyil, həm də ətrafdakı obyektlər üçün istifadə edilən sözləri öyrənə bilir və bunu çox qısa zamanda bacarırlar.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.