12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Sosial media əsas xəbər mənbəyinə çevrilir

22 Fevral 2025 15:00
Sosial media əsas xəbər mənbəyinə çevrilir

Bakı, AzerVoice

Avropada getdikcə daha çox gənc sosial medianı əsas xəbər mənbəyi kimi istifadə edir. TikTok, Instagram və YouTube kimi platformalar televiziya və çap mediasını geridə qoyaraq, Avropa İttifaqında (Aİ) gənclər üçün ən vacib informasiya mənbəyi olub.

Avropa Parlamentinin son gənclər sorğusuna görə, 16-30 yaş arasında olan avropalıların 42 faizi siyasət və sosial məsələlərə dair xəbərləri məhz bu platformalardan alır. Bu tendensiya xəbər istehlakının daha sürətli və əlçatan modellərə keçdiyini göstərsə də, eyni zamanda dezinformasiya təhlükəsini artırır.

Sorğunun nəticələrinə görə, nə qədər gənc olsalar, sosial mediaya bir o qədər çox etibar edirlər.

16-18 yaşlılar əsasən TikTok və Instagram-a güvənirlər.
25-30 yaş arasında olanlar isə Facebook-a daha çox üstünlük verirlər və onlayn çap mediası (30%) və radio (19%) kimi ənənəvi mənbələrdən daha çox istifadə edirlər.

Bununla belə, 16-18 yaşlılar arasında TikTok-a etibar edənlərin faizi 51% olduğu halda, bu göstərici 25-30 yaş arasında cəmi 29%-dir. Oxşar tendensiya Instagram üçün də müşahidə olunur (52%-dən 41%-ə düşmə).

Sosial medianın xəbərlərin əsas mənbəyinə çevrilməsi bir sıra narahatlıqları da özü ilə gətirir.

2024-cü il Reuters İnstitutu Rəqəmsal Xəbər Hesabatı göstərir ki, TikTok dezinformasiya yaymaqda xüsusilə təhlükəli platformadır və istifadəçilərin 27%-i burada aldadıcı məzmunu ayırd etməkdə çətinlik çəkir.

Bundan əlavə, Meta (Instagram və Facebook-un sahibi) fakt yoxlama sistemini yumşaldıb və X (keçmiş Twitter) kimi platformalarda dezinformasiyanın yayılmasına daha çox imkan yaradıb.

Sorğuda iştirak edən avropalıların 76%-i son bir həftə ərzində saxta və ya yanlış xəbərlərlə qarşılaşdıqlarını bildiriblər. Onların 15%-i dezinformasiya ilə “tez-tez”, 32%-i isə “bəzən” rastlaşdıqlarını etiraf ediblər.

Sosial media siyasətə təsir göstərmək üçün də istifadə edilir. Saxta xəbərlər və süni intellektlə yaradılan manipulyasiya olunmuş məzmunlar seçkiləri yönləndirmək və cəmiyyəti qütbləşdirmək üçün alətə çevrilib.

Məsələn, 2016-cı ildə Donald Trampın prezidentlik kampaniyası zamanı Roma Papasının onu dəstəklədiyinə dair yalan xəbər geniş yayılıbş. 2018-ci ildə isə Şakiranın İsraili boykot etdiyi iddia edilən saxta məlumat trendə çevrilib.

Bununla yanaşı, dezinformasiyanın psixoloji təsirləri də ciddi problem yaradır. Sensasiya xarakterli yalan məlumatların davamlı yayılması insanlarda narahatlıq, çaşqınlıq və ənənəvi mediaya inamsızlıq yaradır. Bu da bir çox gəncin xəbərlərdən tamamilə uzaqlaşmasına və informasiya boşluğu yaranmasına səbəb olur.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.