10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Xərçəng müalicəsində fərdiləşdirilmiş peyvənd ümid yaradır

1 Mart 2025 16:00
Xərçəng müalicəsində fərdiləşdirilmiş peyvənd ümid yaradır

Bakı, AzerVoice

ABŞ-ın Yale Universitetinin alimləri tərəfindən hazırlanmış fərdiləşdirilmiş xərçəng peyvəndi, 9 böyrək xərçəngi xəstəsində şişləri tamamilə yox edib.

AzerVoice xəbər verir ki , peyvənd immun sistemini gücləndirərək xərçəng hüceyrələrini hədəf alır və sağlam toxumalara zərər vermədən onları məhv edir.

2019-cu ilin martından 2021-ci ilin sentyabrına qədər aparılan tədqiqatda iştirak edən bütün xəstələr 2023-cü ilin iyulunda üç illik nəzarət müayinəsindən keçib. Nəticələrə görə, onlarda xərçəngin geri qayıtmadığı aşkarlanıb ki, bu da mühüm elmi nailiyyətdir.

Bu yeni peyvənd, Yale Xərçəng Mərkəzi və Dana-Farber Xərçəng İnstitutu tərəfindən xüsusi olaraq hər xəstənin bioloji xüsusiyyətlərinə uyğun hazırlanıb. Onun əsas məqsədi immun sistemini xərçəng hüceyrələrini tanımağa və məhv etməyə yönəltməkdir. Tədqiqatın aparıcı alimi Dr. David Braun bildirib ki, peyvənd hər xəstənin şişinə uyğun fərdiləşdirilib və orqanizmin xərçəngə qarşı daha güclü immun reaksiyası yaratmasını təmin edib.

Böyrək xərçənginin ən ölümcül formalarından biri olan mərhələ 3 və 4 şəffaf hüceyrəli böyrək karsinoması (ccRCC), diaqnoz qoyulmuş xəstələrin 85-90 faizində ölümlə nəticələnir. Lakin yeni peyvənd residivlərin qarşısını almaqda ümidverici nəticələr göstərib. Adətən xərçəng xəstələrinin 20-50 faizində xəstəlik geri qayıdır. Ancaq bu peyvəndlə müalicə olunan 9 xəstənin heç birində xərçəng təkrarlanmayıb.

Tədqiqatın birinci mərhələsində peyvəndin təhlükəsizliyi və effektivliyi sınaqdan keçirilib. İştirakçılar ümumilikdə 7 doza peyvənd qəbul edib. Nəticələr göstərib ki, peyvənd immun sistemini gücləndirərək xərçəng hüceyrələrindəki mutasiyaların 65%-ni tanıyıb və onlara qarşı reaksiya verib..

Tədqiqatçılar peyvəndin immunoterapiya ilə və immunoterapiyasız eyni dərəcədə effektiv olduğunu və ciddi yan təsirlərə səbəb olmadığını bildiriblər. Xəstələr yalnız yüngül qripəbənzər simptomlar yaşayıb.

Bu tədqiqat fərdiləşdirilmiş xərçəng peyvəndlərinin gələcəkdə daha geniş tətbiq oluna biləcəyinə işarə edir. Hazırda ikinci mərhələ sınaqları davam edir və peyvənd immun sistemini gücləndirən Keytruda (pembrolizumab) dərmanı ilə birlikdə sınaqdan keçirilir.

Qeyd edək ki, Böyrək hüceyrəli karsinoma dünyada ən çox rast gəlinən 10 xərçəng növündən biridir. Hər il dünyada 400 000-dən çox yeni hal qeydə alınır, ABŞ-da isə bu rəqəm 80 000 civarındadır.

Siqaret çəkmək, piylənmə, yüksək qan təzyiqi və genetik faktorlar böyrək xərçəngi riskini artırır. Diaqnozun artması isə daha yaxşı skrininq üsulları və ictimaiyyətin məlumatlılığının yüksəlməsi ilə əlaqələndirilir.

Məqalədə: #Bunu bilirsinizmi?

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.