12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

İmam Qəzali Böyük Səlcuq dövlətində Tuğrul bəy, Alparslan, Məlikşah, Berkyaruk, Məhəmməd Tapar ilə birlikdə sonuncu hökmdar Əhməd Səncərin Xorasan hakimi olduğu dövrləri görmüşdü. İlahiyyat və əxlaq alimi Qəzaliyə qarşı olan bəzi şəxslər ona böhtan ataraq ləkələməyə çalışırdılar. Sultan Səncər məsələni aydınlaşdırmaq üçün onunla görüşmək istədiyini bildirsə də, İslam alimi bəhanələr gətirərək onun hüzuruna getməmiş və bunun səbəblərini izah edən tarixi bir məktub göndərmişdir.

19 İyul 2026 10:31
İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

BAKI,VOA

İmam Qəzali Böyük Səlcuq dövlətində Tuğrul bəy, Alparslan, Məlikşah, Berkyaruk, Məhəmməd Tapar ilə birlikdə sonuncu hökmdar Əhməd Səncərin Xorasan hakimi olduğu dövrləri görmüşdü. İlahiyyat və əxlaq alimi Qəzaliyə qarşı olan bəzi şəxslər ona böhtan ataraq ləkələməyə çalışırdılar. Sultan Səncər məsələni aydınlaşdırmaq üçün onunla görüşmək istədiyini bildirsə də, İslam alimi bəhanələr gətirərək onun hüzuruna getməmiş və bunun səbəblərini izah edən tarixi bir məktub göndərmişdir.

İmam Qəzali kimdir?

Əbu Hamid əl-Qəzali (tam adı: Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali) 1058-ci ildə İranın Tus şəhərinin Qəzal qəsəbəsində doğulub. Uzun illər Alparslan və Sultan Məlikşahın vəziri olan Nizamülmülkün dəvəti ilə Bağdada gedib. Altı il İsfahanda Nizamülmülkün yanında Səlcuqlu sarayında müəlliflik hüququ və məsləhətçi kimi çalışıb.

İslam tarixinin ən büyük mücəddidi olan Qəzali sağlığında girdiyi elmi müzakirələrdə mülayim və layiqli bir üslubdan istifadə edirdi; O, yüksək biliyi, nitq qabiliyyəti, izah etmək bacarığı və zəkası ilə diqqət çəkirdi. Məlikşahın ölümündən sonra şahzadələr arasında uzun sürən taxt-tac döyüşləri dövləti köhnəltmiş və parçalanmağa başlamışdı.

Bu dövrdə Qəzali özünü şübhələrdən qorumaq üçün Nizamiyə mədrəsəsindəki vəzifəsini tərk edərək Bağdaddan gedir. O, Suriya və Fələstində tənha bir həyat yaşayıb və həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə getdikdən sonra, 1097-ci ildə Xorasana qayıtdı. 1106-cı ildə Əhməd Səncərin vəziri Fahrülmülkün xahişi ilə üç il Nişapurda Nizamiyə mədrəsələrində vəzifəsində çalışır. Buradakı vəzifəsindən sonra məmləkəti Tusa qayıdıb onun üçün tikilən mədrəsədə camaata bələdçilik etdi.

Saray dəvətindən imtinanın səbəbi və böhtanlar

Qəzalinin həyatının son on ili Xorasan hakimi olan Əhməd Səncərlə bağlıdır. Əhli-sünnətə sadiq olan Sultan Səncər bidətləri rədd edərdi. O, alimlərə hörmət və ehtiram bəsləyirdi.

Qəzalini qısqanan bəzi insanlar və bəzi din xadimləri onun “əl-Mənhul min Təliqatil-Üsul” əsərini dəlil gətirərək, onun Əbu Hənifəyə (sünni fiqh alimi) qarşı olduğunu iddia etdilər və onu Sultan Səncərə şikayət etdilər. Bu məsələni müzakirə etmək üçün sultan Qəzali ilə görüşmək istəsə də, buna nail olmadı. Belə ki, Qəzali müxtəlif bəhanələr gətirərək onun yanına getmədi və məktub göndərdi.

İmam Qəzalinin Sultan Əhməd Səncərə məktubunun mətni

"Bismillahirrahmanirrahim

Allah səni öz hökmü ilə hökmran etsin və bütün dünya hakimlərinin dəyərsiz qalacağı gündən əvvəl sənə səadət nəsib etsin. Dünyanın sultanlığı şərqlə qərb arasında nə varsa ona sahib olmaqdır, insanların ömrü ən çox yüz ildir. Cənnətin sultanlığı o qədər genişdir ki, onunla müqayisədə bütün dünya bir toz zərrəsi kimidir. Bu əbədi sultanlığa sahib olmaq bütün dünya əhli üçün çətindir, lakin şərqin sultanı üçün çətin deyil, asandır.

Peyğəmbərimiz (s.ə.v) buyurmuşdur: “Bir günlük ədalətin yerinə yetirilməsi altmış illik ibadətdən yaxşıdır”. Madam ki, Allah sənə başqalarının altmış ildə qazana biləcəyini bir gündə qazanmağa imkan və səbəb verib, bundan böyük dövlət və uğur ola bilərmi? Dünyanın nə olduğunu bir az düşünsəniz o sizə çox dəyərsiz görünəcək. Bu dünya içi torpaq olan küpədir, o biri dünya isə içi qızıl olan küpədir. Əgər yaxşı bir həyat arzulayırsan və istəklərini cənnətə saxlayırsansa, ömrünün bir günü altmış ilin ibadətinə bərabər olacak və Allah heç vaxt bilmədiyin xoşbəxtlik mənbələrini sənə mütləq açacaq.

Bilin ki, məmin indi əlli üç yaşım var. Ömrümün qırx ili dərs aldığım alim və insanların yanında keçdi. İnsanlar məni tanımağa və düşüncələrimdəki dəyişikliyi anlamağa başlayana qədər daim dərs aldığım alimlər və kamil insanlarla keçdi. Mən iyirmi il İsfahan və Bağdadı dünyanın ən görkəmli şəhərləri etmək üçün hər təhlükəyə sinə gərən atanızın hakimiyyəti dövründə yaşadım.

Atanızın səfiri kimi Abbasi xəlifəsi Müqtədi-Billahın sarayına getdim və Səlcuqlu dövləti ilə Abbasi xəlifələri arasındakı ixtilafları həll etmək üçün əlimdən gələni etdim. Mən yetmiş kitabın müəllifiyəm və Məkkə və Qüdsdə illərcə xütbələr verdim. Qüdsdə, İbrahim peyğəmbərin (ə) qəbrini ziyarət edəndə onun qəbri üzərində Fatihə oxuyaraq öz-özümə and içdim və dedim: “Mən heç bir hökmdarın sarayında olmayacam, heç bir hökumətdən xidmət haqqı və ya maaş almayacam. Çünki bu, xalqa göstərilən xidmətin dəyərini aşağı salacaq. And içdim ki, dini ixtilaflara səbəb olacaq və onları qızışdıracaq heç bir mübahisəyə girməyəcəyəm”.

Bu andıma on iki il sadiq qaldım. İndi eşitdim ki, görüşmək üçün sizdən göstəriş gəlib. Sizin göstərişinizlə paytaxt yolu ilə Məşhədə gəldim. Ancaq illər öncə andımı xatırladım və səfərimi ləğv etmək qərarına gəldim. İndi isə son sözümdə doğma şəhərim Tusa qayıtmağıma icazə vermənizi rica edirəm. Mərhəmətli rəftarınıza görə Allah sizə dünya və axirətdə sonsuz nemətlər nəsib etsin; Sizi Dar-ı Bekada (axirətdə) həm peyğəmbər, həm də məşhur hökmdar olan əzəmətli Süleymanın dərəcəsinə yüksəltsin.

Bu saf duamın, faydasız bədənimlə qarşınızda durmadan daha faydalı olduğuna inanıram. Əgər bunun əleyhində başqa bir fərman olarsa, fərmanı yerinə yetirmək lazım olduğunu bildiyim üçün ona əməl edəcəyəm.

Əlahəzrətin təvazökar xadimi, Qəzali"

Məqalədə: #Bunu bilirsinizmi? #İmam Qəzali #Sultan Əhməd Səncər #Səlcuqlu tarixi #Tarixi məktublar #İbrahim peyğəmbərin qəbri #Nizamiyə mədrəsəsi #Əbu Hənifə şikayəti #İslam mücəddidi #Xorasan hakiminin elmi fərmanı #Xəlifə Müqtədi-Billah səfirliyi #Nizamülmülkün Bağdad dəvəti #Əl-Mənhul min Təliqatil-Üsul əsəri #Bir günlük ədalətin altmış illik ibadəti #Şahzadələrin taxt-tac döyüşləri #Məşhəd və Tus səfərləri xronologiyası

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.