13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

İncil ABŞ məktəblərində tədris olunacaq

28 İyun 2024 10:04
İncil ABŞ məktəblərində tədris olunacaq

Bakı, VOA

ABŞ-ın Oklahoma ştatındakı bütün dövlət məktəblərinin tədris proqramına İncil və On Əmrin daxil edilməsi əmri verilib.

VOA xəbər verir ki, ABŞ-da Oklahoma ştatının Təhsil Şurasının sədri Ryan Walters ştatın dövlət məktəblərinə bu barədə təlimatlar göndərib. Walters əyalətdəki hər sinifdə İncil olması lazım olduğunu və bütün müəllimlərin sinifdə İncildən dərs keçməli olduğunu bildirərək, bu kitabın “Konstitusiya və ölkənin qurulması üçün istifadə edilən ən əsas sənədlərdən biri olduğunu” ifadə edib.

"İncil əvəzolunmaz tarixi və mədəni məhək daşıdır" deyən Walters, Oklahoma akademik standartlarına görə İncilin ölkənin keçmişini və Qərb sivilizasiyasını tam başa düşmək üçün zəruri tarixi sənəd olduğunu iddia edib.

Walters, Oklahoma tələbələrinin İncildən xəbəri olmadan millətin təməlini düzgün qavraya bilməyəcəklərini qeyd edərək "Bu, yalnız bir təhsil təlimatı deyil, həm də tələbələrimizin bizim ölkəmizin əsas dəyərlərini və tarixi kontekstini dərk etmələrini təmin etmək üçün vacib bir addımdır.." bildirib.

Qeyd edək ki, Luiziana qubernatoru Jeff Landry 19 iyunda qəbul edilən qanuna əsasən, ştatın dövlət məktəblərinin sinif otaqlarında On Əmr yazılmış plakatların asılmasını tələb edən qanunu imzalayıb və həyata keçirib.

Digər tərəfdən, Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) başda olmaqla bəzi təşkilatlar bu qanunun uşaqların bərabər təhsil almasına mane olduğunu və fərqli inanclı şagirdlərin məktəblərdə özlərini təhlükəsiz mühitdə hiss etməmələrinə səbəb olacağını ifadə edərək, bu qanunla bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Onu da bildirək ki, On əmr, Sina dağında Musa peyğəmbərə verilən ilk ilahi əmrlər kimi tanınır və Əhdi-Ətiq çərçivəsində İncilin bir hissəsi hesab olunurlar.

İncil ABŞ məktəblərində tədris olunacaq
Məqalədə: #ABŞ #İncil

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.