10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Yeni araşdırmaya görə Ayın mənşəyi haqqında bildiklərimiz yanlış ola bilər

1 İyul 2024 17:17
Yeni araşdırmaya görə Ayın mənşəyi haqqında bildiklərimiz yanlış ola bilər

Bakı, VOA

Çin alimləri tərəfindən təxminən dörd il əvvəl Ayın səthindən toplanan nümunələr əsasında aparılan araşdırmalar Ayın mənşəyi ilə bağlı hamı tərəfindən qəbul edilmiş nəzəriyyəni şübhə altına alır.

VOA xəbər verir ki, Çin alimləri təxminən dörd il əvvəl Chang'e-5 tərəfindən Aydan toplanan nümunələrdə karbonun saf forması olan qrafenin olduğunu aşkar ediblər. Ancaq bu əsaslı kəşf Ayın mənşəyi ilə bağlı indiyə kimi hamı tərəfindən qəbul edilmiş nəzəriyyə ilə ziddiyyət təşkil edir.

Ayın mənşəyi ilə bağlı ən çox qəbul edilən nəzəriyyə nəhəng toqquşma nəzəriyyəsidir. Nəzəriyyəyə görə, Yer təxminən 4,5 milyard il əvvəl Mars böyüklüyündə bir planetlə toqquşub və bu toqquşma nəticəsində Ay yaranıb. Apollon missiyalarından geri gətirilən Ay nümunələrində karbonun az olması da bu nəzəriyyəni dəstəkləmişdi. Lakin bu nəzəriyyə yaxın günlərdə çökə bilər.

Çünki Çin alimləri təxminən 4 il əvvəl Chang'e-5 missiyası tərəfindən Aydan toplanan nümunələrdə Ay torpağında qrafenin tapıldığını açıqlayıb.

Tədqiqata rəhbərlik edən Jilin Universitetinin komandası, Ayın torpağında karbonun olmasının Ayın Yerlə başqa bir asteroidin toqquşması nəticəsində əmələ gəldiyinə dair uzun müddətdir mövcud olan nəzəriyyə ilə ziddiyyət təşkil etdiyini bildirib.

Təxminən iki milyard il yaşı olan bu karbonun kristal quruluşunu müəyyən etmək üçün Çinli tədqiqat qrupu Aydan gətirilən daha yeni nümunələrin tədqiqinə başlayıb.

Bu nümunələrin təxminən 2 milyard il yaşı var. Məqsəd Ayda tapılan yerli karbonun kristal quruluşunu ortaya çıxarmaqdır.

Tədqiqatçılar bu nümunələrdə tapılan qrafeni təhlil etdikdən sonra Ayın səthində bir karbon tutma prosesinin ola biləcəyini irəli sürüblər.

Shenyang Milli Material Elmi Laboratoriyası və Çin Dərin Kosmos Tədqiqat Laboratoriyasının mütəxəssislərinin də daxil olduğu komanda, tapıntıların kimyəvi komponentlərin başa düşülməsini və Ayın tarixini yenidən kəşf etməkdə bizə kömək edə biləcəyini qeyd edib.

Onlar 2,9 x 1,6 mm ölçülü Ay süxurunun kiçik bir nümunəsini araşdırmaq üçün digər mikroskopik üsullarla birlikdə, parçaları təhlil etmək üçün güclü bir texnika olan Raman spektroskopiyasından da istifadə ediblər.

Chang'e-5 missiyası tərəfindən 2020-ci ildə götürülən nümunə Ayın yaxın tərəfində "insan müdaxiləsindən az təsirlənmiş" vulkanik bölgədəndir.

Qeyd edək ki, qrafen fərdi lopa kimi və natrium, maqnezium, alüminium, silisium, kalsium, qalay və dəmir kimi elementləri əhatə edən "karbon qabığının" bir hissəsi kimi aşkar edilib.

Yeni araşdırmaya görə Ayın mənşəyi haqqında bildiklərimiz yanlış ola bilər
Məqalədə: #ayın yaranması #Apollon

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
20:45
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
20:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.