10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Norveç gəncləri hədəf alan qeyri-sağlam qida reklamlarını qadağan edir

10 Sentyabr 2024 11:15
Norveç gəncləri hədəf alan qeyri-sağlam qida reklamlarını qadağan edir

Bakı, AzerVoice

Norveç uşaqlar və yeniyetmələri hədəf alan qeyri-sağlam qida bazarına Avropada ən geniş qadağalardan birini tətbiq etməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, Norveçin qeyri-sağlam qidaların reklamını qadağan etmək təklifi Böyük Britaniyadakı qaydalar qədər sərt olmasa də, digər Avropa ölkələri ilə müqayisədə kifayət qədər radikaldır.

Norveç İngiltərədə və digər ölkələrdə kiçik miqyaslı təşəbbüslərdən sonra uşaqlar və yeniyetmələri hədəf alan qeyri-sağlam qida bazarına Avropada ən geniş qadağalardan birini tətbiq etməyə hazırlaşır. Amma bunun hansı həddə qədər gedəcəyi yaxın həftələrdə müəyyənləşəcək.

Qeyd edək ki, Skandinaviya ölkələrindəki qida istehsalçıları və təchizatçıları 2013-cü ildən bəri 13 yaşından kiçik uşaqlar üçün bu cür reklamları könüllü olaraq məhdudlaşdırıblar, lakin yeni plan bunu məcburi hala gətirəcək.

Qayda şirniyyat, dondurma və qazlı içkilər kimi zərərli qidaların (abur-cubur) reklamını tamamilə qadağan edəcək. Qatıq və yüksək şəkərli səhər yeməkləri kimi digər qida kateqoriyalarındaki ən zərərli məhsulları müəyyən etmək üçün "qida normaları" hazırlanacaq. Həmçinin qanun pozuntularına görə böyük cərimələr tətbiq oluacaqdır.

Plan həmçinin istehlakçıları müdafiə edənləri sevindirəcək, Norveçin qida və içki sənayesini təəccübləndirəcək şəkildə qadağanın yaş həddini 18-ə qaldıracaq. Norveç hökumətinin uşaqların sağlamlığını dəstəkləmək və sosial bərabərsizlikləri azaltmaq üçün çıxış yolu kimi təklif etdiyi bu qayda haqqında fikir bildirmək üçün ictimaiyyətin noyabrın sonuna qədər vaxtı var.

Səhiyyə nazirinin müavini Usman Ahmad Mushtaq deyib ki, "qeyri-sağlam qida və içkilər ümumilikdə cəmiyyətdəki xəstəliklərin böyük hissəsini təşkil edir".

"Qadağa qeyri-sağlam seçim etmələri ilə bağlı həm valideynlərin, həm də gənclərin üzərlərində hiss etdikləri təzyiqin azaldılması məqsədi daşıyır",-deyə o əlavə etdi.

Uşaqlıqda piylənmə daha sonrakı dövrlərdə müxtəlif sağlamlıq problemləri, o cümlədən ürək xəstəliyi, tip 2 diabet, xroniki qaraciyər xəstəliyi, oynaq ağrıları və doğurqanlığın azalması ilə əlaqələndirilir.

Norveçli uşaqlar 15-21 faizi artıq çəkidən və ya piylənmədən əziyyət çəkir, halbuki Avropada və Mərkəzi Asiyanın bəzi bölgələrində bu nisbət təxminən 30 faizdir.

Onu da əlavə edək ki, çox az ölkə uşaqlar üçün lazımsız qidaların reklamını məhdudlaşdırıb. Buna görə də, reklamların uşalıqda piylənmənin qarşısını aldığına dair hələki əlimizdə çox ciddi dəlillər yoxdur. Lakin araşdırmalar göstərir ki, qeyri-sağlam qida marketinq strategiyası insanların seçimlərinə, satınalmalarına və yemək vərdişlərinə təsir edir, həmçinin pis qidalanma və çəki ilə bağlı problemlərə səbəb olur.

Həmçinin, iyirmiyə yaxın şirkət Avropa İttifaqında (Aİ) 13 yaşdan kiçik uşaqlar üçün qidalanma standartlarına cavab verməyən qidaların reklamını etməməyi qəbul edib və buna “Aİ öhdəliyi” adını veriblər.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə 2010-cu ildə sağlam qidalanmaqla bağlı tövsiyyələr paylaşdı. Alkoqol, yüksək miqdarda duz, şəkər, yağ ehtiva edən qidaların reklamını məhdudlaşdırmaq üçün fərqli tədbirlər görülməsini irəli sürdü.

Müştaq bildirib ki, bu sahə ilə bağlı qanun pozuntularına görə cərimələr şirkətin illik gəlirinin 4 faizi qədər ola bilər. Potensial pozuntulara necə nəzarət ediləcəyi və şirkətlərin cərimə olunmazdan əvvəl güzəşt müddətinin olub-olmayacağı hələlik bəlli deyil.

Norveç gəncləri hədəf alan qeyri-sağlam qida reklamlarını qadağan edir
Məqalədə: #Norveç #qeyri-sağlam qida

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.