12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Məşq Etmək Xərçəng Müalicəsinin Yan Təsirlərini Azaldır

4 May 2025 13:15
Məşq Etmək Xərçəng Müalicəsinin Yan Təsirlərini Azaldır

BAKI,AzerVoice

Yeni bir araşdırma fiziki aktivliyin xərçəng müalicəsinin səbəb olduğu mənfi təsirləri, o cümlədən ürək və sinir zədələnməsini, beyin dumanını və nəfəs darlığını yüngülləşdirdiyini ortaya qoyub.

Çin Tibb Universitetinə bağlı Şenqcinq Xəstəxanasının rəhbərlik etdiyi tədqiqat indiyə qədər aparılmış ən geniş elmi təhlillərdən biridir.

“British Journal of Sports Medicine” jurnalında dərc olunan araşdırmada 2012-2024-cü illər arasında nəşr edilmiş 80 elmi məqalədən əldə edilən 485 nəticə təhlil edilib. Orta və yüksək keyfiyyətli hesab olunan bu nəticələrə görə, aerobik və müqavimət məşqləri, yüksək intensivlikli interval məşqlər və yoqa kimi fəaliyyətlər xərçəng müalicəsinin yan təsirlərini əhəmiyyətli dərəcədə azaldır.

Araşdırma göstərib ki, məşq təkcə fiziki sağlamlığı deyil, həm də psixoloji vəziyyəti yaxşılaşdırır. Xəstələrdə yuxu keyfiyyətinin artması, bədən funksiyalarının bərpası, sosial qarşılıqlı əlaqənin güclənməsi və ümumi həyat keyfiyyətinin yüksəlməsi müşahidə olunub. Eyni zamanda, məşq insulin səviyyəsi, insulinə bənzər böyümə faktoru və C-reaktiv zülal kimi bioloji göstəricilərdə müsbət dəyişikliklər yaradır.

Tədqiqat əməliyyatdan əvvəl müntəzəm məşqin əməliyyatdan sonrakı ağırlaşma riskini, ağrı səviyyəsini, xəstəxanada qalma müddətini və ölüm nisbətini azaltdığını sübut edib.

Bu araşdırma məşqin xərçəng xəstələrinin müalicə prosesində mühüm rol oynaya biləcəyini bir daha təsdiqləyir və səhiyyə sistemlərində fiziki aktivliyin daha geniş tətbiqini təşviq edir.

Məqalədə: #Xərçəng xəstəliyi #sağlamlıq #idman #Bunu bilirsinizmi? #Xərçəng riski #xərçəngin erkən aşkarlanması #Fiziki sağlamlıq

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.