9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Dedi-qodu niyə insanları birləşdirir?

Qeybət bəzən mənfi dəyərləndirilsə də, müasir antropologiya və psixologiya sahəsində aparılan araşdırmalar onu insanlar arasında əlaqə qurma, sosial normativləri qoruma və təhlükələrdən xəbərdarlıq etmək baxımından əhəmiyyətli bir funksional alət kimi qiymətləndirir.

12 İyul 2025 15:00
Dedi-qodu niyə insanları birləşdirir?

BAKI, AzerVoice

Qeybət bəzən mənfi dəyərləndirilsə də, müasir antropologiya və psixologiya sahəsində aparılan araşdırmalar onu insanlar arasında əlaqə qurma, sosial normativləri qoruma və təhlükələrdən xəbərdarlıq etmək baxımından əhəmiyyətli bir funksional alət kimi qiymətləndirir.

Vaşinqton Dövlət Universitetindən təkamül antropoloqu Dr. Nicole Hagen Hess bildirir ki, qeybət sadəcə “pis danışmaq” deyil, nüfuz və sosial davranışlar haqqında informasiya mübadiləsidir. Bu davranış dünyanın bütün mədəniyyətlərində müşahidə olunur və insanların bir-biri ilə əlaqə saxlamasında önəmli rol oynayır.

Qeybətin təkamül baxımından müsbət funksiyalarına dair əsas nəzəriyyələrdən biri professor Robin Dunbar tərəfindən irəli sürülüb. Onun fikrincə, insanlarda fiziki baxımın yerini danışıq və dedi-qodu alaraq bağlantı qurmaq və sosial informasiya toplamaq funksiyalarını yerinə yetirir.

2021-ci ildə Dartmut Kollecində aparılan tədqiqatda qeyd olunur ki, insanlar qeybət vasitəsilə “ortaq reallıq” qurur, bir-birlərinə etibar edir, sosial bağları gücləndirir və kooperativ davranışlara daha meyilli olurlar.

Bundan əlavə, qadınlar üçün qeybət bəzən yaşamaq strategiyasının bir hissəsinə çevrilə bilər. Xüsusilə tanımadıqları və potensial təhlükəli kişilərlə qarşılaşmalarda bu cür məlumat paylaşımı önləyici və qoruyucu funksiya daşıyır.

Ancaq qeybət təkcə informasiya mübadiləsi deyil – bu, eyni zamanda əyləncə, sosial nəzarət və rəqabət vasitəsdir. Doktor Hess qeyd edir ki, qeybət vasitəsilə insanlar sosial statuslarını qoruyur, reputasiyalarını idarə edir və bəzən rəqiblərini zəiflətmək üçün ondan istifadə edirlər.

Qeybətin mənfi tərəfləri də mövcuddur. Pis niyyətli və əsassız dedi-qodular insanlara sosial və iqtisadi baxımdan zərər verə, reputasiyanı məhv edə bilər. Buna görə də etika və niyyət qeybətin funksional olub-olmamasında həlledici amillərdir.

Qeybət gündəlik həyatımızın bir hissəsinə çevrilsə də, onun mədəni, sosial və psixoloji kontekstlərini düzgün anlamaq, həm fərdi münasibətlərdə, həm də cəmiyyət səviyyəsində sağlam əlaqələrin qorunmasına töhfə verir.

Məqalədə: #psixologiya #Bunu bilirsinizmi? #Sosial əlaqələr #Sosial informasiya mübadiləsi #Sosial bağlar #Əyləncə və rəqabət #Sosial normativlər

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Maraqlı faktlar

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?

6 Sentyabr 11:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.